Keçmiş nazirdən xəbər var – Onun sahibi olduğu oteldə işlər yarımçıq dayandırılıb

Bir  neçə il öncə, İsmayıllı rayonunun Talıstan kəndində tikintisinə başlanılan “Sheraton İsmayıllı Hotel”in 2014-cü ildə açılışı nəzərdə tutulurdu. Amma hələ də adıçəkilən oteldən xəbər yoxdur.

Məsələ ilə bağlı İsmayıllı rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq.

Etikxeber.az Modern.az-a istinadən xəbər verir ki, İsmayıllı rayon icra başçısının müavini  Rövşən Ağayev bildirib ki, hazırda otelin tikintisi yarımçıq qalıb:

“Talıstan kəndində inşa edilən “Sheraton” otelinin tikintisi yarımçıq qalıb. Adıçəkilən otelin tikintisini “İmprotex Real Estate” MMC şirkəti həyata  keçirib. Həmçinin, bu tikinti çox bahalı layihə idi. Ölkədə manatın dəyəri dollara nisbətən aşağı düşəndən sonra otelin tikintisi şirkət  tərəfindən dayandırıldı. Ona görə də hazırda ərazidə tikinti işləri aparılmır”.

İcra nümayəndəsi tikintisi dayandırılan otellə bağlı gəzən digər söhbətlərə də aydınlıq gətirib:

“9 mərtəbəli oteldə tikinti işləri dayandırılsa da, obyektin  ərazisi, tikinti materialları həmin şirkət  tərəfindən qorunur”.

Yarımçıq qalan tikinti işlərinin yenidən davam etdirilməsinə gəlincə, “adıçəkilən otelin tikintisinin bərpa olunması məsələsi şirkətin kommersiya sirridir. Ola bilsin ki, tikintini davam etdirsinlər. Bu, təbii ki, onların imkanlarından, mövcud durumdan  asılıdır”-deyə, R. Ağayev əlavə edib.
Xatırladaq ki, “İmprotex Real Estate” MMC şirkəti keçmiş əmək və əhalinin sosial müdafiə naziri Füzuli Ələkbərova məxsusdur.

Etikxeber.az

Read Previous

Meyitdən canlı insanlara orqanların köçürülməsi ilə bağlı Səhiyyə Nazirliyi və Nazirlər Kabinetində müzakirələr gedir

Read Next

Limitlə bağlı müraciət olunub – Peşəkar Futbol Liqası

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir