“Keşikçidağ” qoruğu ərazisində təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumat əldə edilib”-DSX

İyun ayının 4-də Azərbaycan-Gürcüstan dövlət sərhədində “Keşik­çidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup Gürcüstan vətəndaşı  tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumat­lar əldə olunub. Əldə olunmuş məlumatlar barədə Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılıb.

Etikxeber.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinin yaydığı məlumatda qeyd edilir.

Məlumata görə, DSX bununla əlaqədar rəsmi olaraq bildirir ki, dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar.

Etikxeber.az

Read Previous

“İstəməzdik ki, kimlərsə cərimələnsin, amma buna məcburuq, bu, məcburiyyətdən doğan bir addımdır”-DEPUTAT

Read Next

“Ən azı 190 manat yardımın əhatə dairəsi genişlənməli və həmin vəsait bütün karantin müddətində işləməyən vətəndaşlara verilməlidir”-EKS-DEPUTAT – MÜXALİFƏT NARAHATDIR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir