“Keşlə”- “Baltsan” 1:4, “Qəbələ”- “Proqres” – 0:2- YENİLƏNİB -(1)

Futbol üzrə UEFA Avropa Liqasının birinci seçmə mərhələsinin ilk oyunları çərçivəsində Bakının “Keşlə” klubu səfərdə Maltanın “Baltsan” komandası ilə qarşılaşır.

Etikxeber.az xəbər verir ki, “Senceneri” stadionunda keçirilən oyunda “Keşlə” klubunun start heyətində Kamran Ağayev, Denis Silva, Azər Salahlı, Tərlan Quliyev, Sertan Taşkın, Ebrima Sona, Fuad Bayramov, Slavik Alxasov, Sezar Meza, Vaqif Cavadov, Andre Klennon yer alıblar.

“Baltsan” klubunun heyətində isə Stiv Sultana, Maykl, Elkin, İvan Bozoviç, Stiv Beccına, Kadu, Nenad Sliviç, Miloş, Lekao, Boyan və Alfred meydana çıxıblar.

Qeyd edək ki, “Keşlə” klubunun “Baltsan” komandasına qarşı cavab qarşılaşması iyulun 19-da baş tutacaq.

***

qabalaaaaaaaaaaaaaaaaaa

 “Qəbələ” futbol komandası da  turnirdə mübarizəyə başlayıb.

Yarışın birinci təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində “qırmızı-qaralar” iyulun 12-də Qəbələ şəhər stadionunda Lüksemburqun “Proqres” klubunu qəbul edir.

“Qəbələ”nin əsas heyətində Dmitri Bezotosnı, Vojislav Stankoviç, Elvin Camalov, Rauf Əliyev, Asif Məmmədov, Ceyms Adeniyi, İlqar Qurbanov, Bəhlul Mustafazadə, Stiven Monroz, Ürfan Abbasov və Sabien Lilay yer alıblar.

Lüksemburq təmsilçisinin ilk onbirliyində isə meydana Sebastyan Floss, Mayron de Almeyda, Yannik Bastos, Olivye Till, Emmanuel Fransuaz, Mario Mutş, Jordan Qobron, Marven Martens, Adrian Ferino, Sebastyan Till və Tim Hall çıxıblar.

Oyunu Moldovadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Vyaçeslav Banaridir. Ona yan xətt hakimləri Vasili Yermişin və Dumitru Çiobanu kömək edirlər. Görüşdə dördüncü hakim funksiyasını Andrei Cojocaru yerinə yetirir.

***

“Qəbələ”- “Proqres” oyununun birinci hissəsində hesab açılmayıb.

Ancaq ikinci hissənin əvvəllərində “Qəbələ”lilər öz qapılarından iki  top buraxıblar.

Hesab hələlik  2:0 qonaqların xeyrinədir.

***

Oyun 2:0 hesabı ilə də başa çatıb.

“Keşlə”- “Baltsan” oyunu isə 1:4 hesabı ilə maltalıların xeyrinə qurtarıb.

Etikxeber.az

Read Previous

Yıldırım TBMM-nin yeni sədri seçildi – FOTOLAR – YENİLƏNİB

Read Next

İlham Əliyevin Brüsselə səfəri başa çatdı – FOTO -YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir