Kibertəhlükəsizlik Komitəsi yaradılsın! – TAHİR MİRKİŞİLİ

ATƏT Parlament Assambleyasının Berlində keçirilən 27-ci yay sessiyası zamanı “ATƏT öhdəliklərinin tətbiqi: Parlamentarilərin rolu” mövzusunda qətnamə layihəsi müzakirə olunub.

Etikxeber.az-ın xəbərinə görə, müzakirə zamanı çıxış edən Azərbaycan nümayəndə heyətinin sədr müavini Tahir Mirkişili dövlətlərin əsas diqqəti informasiya müharibəsinə, saxta xəbərlərə və qanunsuz olaraq istifadəçilər haqda kütləvi informasiyanın toplanmasına yönəltməyin vacibliyini qeyd edib.

taxor

qrup-bahar-1

atettt-bahor
Deputat bu sahədə bütün ölkələrdə qanunvericiliyin zəif olmasini, texnologiyaların inkişaf sürətinin yüksəlməsini və ondan sui-istifadə hallarının da artmasını önə çəkərək ATƏT PA çərçivəsində ortaq əməkdaşlıq platformasının vacibliyini bildirib.

O, mövzunun həyati əhəhmiyyət daşıdığını nəzərə alaraq ATƏT PA tərkibində kibertəhlükəsizlik üzrə ayrıca komitərinn yaradılmasının vacibliyini qeyed edərək bu ideyaya dəstək verəcəyini də bəyan edib.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Bu, insan haqlarının Yerevan tərəfindən ciddi pozulmasıdır – MURADOVA – FOTO

Read Next

Hikmət Hacıyev və digər diplomatlar təltif edildi – SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir