Kibertəhlükəsizlik səviyyəsinə görə ən yaxşı ölkə açıqlandı

Britaniyanın “Comparitech” tədqiqat şirkəti kibertəhlükəsizlik səviyyəsi üzrə ölkələrin reytinqini tərtib edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Yaponiya reytinqin birinci pilləsində qərarlaşıb, Əlcəzair isə sonuncu yeri tutub. Reytinqdə ölkələrin mövqeyi zərərli proqram təminatı ilə yoluxmuş mobil qurğu və fərdi kompüterlərin payı, pul oğurlamaq məqsədi daşıyan haker hücumlarının sayı, həmçinin bu və ya digər ölkənin haker hücumlarına hazırlığı, müvafiq qanunvericiliyin olması daxil olmaqla 7 meyar üzrə tərtib edilib.

Hər ölkə 0-100 aralığında bal toplaya bilərdi və toplanmış balın az olması həmin ölkələrin kibertəhlükələrdən daha yaxşı qorunması deməkdir.

Yaponiya reytinqdə 8,8 bal toplayıb. Müvafiq olaraq 10,6 və 11,2 bal toplamış Fransa və Kanada reytinqdə 2-ci və 3-cü olub. İlk onluğa, həmçinin Danimarka, ABŞ, İrlandiya, İsveç, Böyük Britaniya, Niderland və Sinqapur daxil edilib. Reytinqdə sonuncu yeri tutmuş Əlcəzair isə 55,8 bal toplayıb.

Ekspertlər Sinqapuru kiberhücumlara qarşı ən hazır ölkə, Vyetnamı isə ən zəif ölkə elan edib. Fransa, Çin, Rusiya və Almaniyanın qanunvericiliyi isə kibertəhlükəsizlik sahəsində müasir tələblərə cavab verir.

Etikxeber.az

Read Previous

“Bunlar nəsilartırma funksiyasına, genefondun sağlamlığına təsir edən amillərdir…” – MİLLƏT VƏKİLİ

Read Next

İki Əliyev və bir Azərbaycan – ZAHİD ORUC YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir