Kılıcdaroğlu gecəni çadırda keçirəcək, İstanbul yolçuluğu isə 25 gün davam edəcək…

CXP-lilər partiyanın lideri Kamal Kılıcdaroğlu başda olmaqla, bu gün saat 11:00-dan etibarən Ankaradan- “Güvenpark”dan İstanbula doğru “Ədalət!” şüarı ilə 432 km-lik məsafə boyunca etiraz yürüşünə başlayıblar.

Etikxeber.az-ın xəbərinə görə, CXP lideri ilə birgə ailə üzvləri-həyat yoldaşı, oğlu və gəlini də etiraz yürüşünə qatılıblar.

Yürüşün 25 gün ərzində davam edəcəyi gözlənilir.

Hər gün təxminən 20-21 km-lik məsafə boyunca yürüş etməyi planlaşdıran CXP-lilər gecəni çadırlarda keçirəcəklər.

Artıq K. Kılıcdaroğlunun gecələyəcəyi çadır hazır vəziyyətə gətirilməkdədir.

Qeyd edək ki, etiraz yürüşünə səbəb dünən adıçəkilən partiyadan olan millət vəkili Enis Bərbəroğluna 25 illik həbs cəzası verilməsi və onun İstanbuldakı “Maltəpə”  həbsxanasına  göndərilməsidir.

CXP lideri “Bu qərarı verənlər onun altında qalacaqlar. Türkiyə əldən gedir, demokrası əldən gedir”-deyib.

“CXP-nin şəxsi qərarıdır”.

Bunu da Türkiyə Cümhurbaşqanlığı sözçüsü İbrahim Kalın bildirib.

CXP-nin bu addımına ən sərt təpki isə MHP lideri Dövlət Baxçalıdan gəlib.

O, bu addımı qətiyyətlə, pisləyib.

CXP-nin etiraz yürüşü TBMM-i də qarışdırıb.

CXP-li və AKP-li millət vəkilləri TBBMM-in iclasında bir-birilərini ən ağır ifadə və ittihamlarla suçlayıblar.

Etikxeber.az

Read Previous

Prezident Cocuq Mərcanlıda bərpa işlərinin davam etdirilməsinə 9 milyon manat ayırdı

Read Next

Prezident bibisi Rəfiqə Əliyevanın qırx mərasimində iştirak edib – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir