Kılıcdaroğlu ilə Ərdoğan yenidən qarşı-qarşıya gəldilər, sərt sözlər söylədilər…

4 gün öncə İstanbuldan Ankaraya doğru “Ədalət!” yürüşü başladan CXP genəl başqanı Kamal Kılıcdaroğlu Türkiyə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın “Bir gün yarğı Sizləri də bir yerə dəvət edərsə, təəccüblənməyin” mesajına sərt təpki göstərib.

Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu gün də yürüşə davam edən Kılıcdarğolu deyib ki, onları təxribata təhrik edirlər.

“Bizi təhrik edirlər, bizi təhdid edirlər… Nə imiş- bizi yarğı çağıracaqmış, bizi həbs edəcəklərmiş?! Bunlar acizlik və zavallılıqdır”-deyə, CXP lideri sözlərinə əlavə edib.

kilicdar

Ərdoğan da öz növbəsində  Kılıcdaroğlunu bir daha hədəf alıb və ittihamlarını daha da sərtləşdirib

“Sizin 15 iyul darbeçilərindən nə fərqiniz var?

Onların “F-16″-ları vardı, tanklarla-toplarla yürümüşdülər. Sizlər də küçədə yürüyüsünüz, insanlatrı küçələrə tökürsünüz. Sizin onlardan nə fərqiniz var?”-deyə, Ərdoğan bildirib.

Kılıcdaroğlu isə onların-CXP-lilərin “darbeçi”ləri çox gördüklərini və hamıdan çox əziyyət çəkdiklərini, amma “darbe”yə və “darbeçi”lərə boyun əymədiklərini xatırladıb.

Etikxeber.az

 

Read Previous

II İliya: “Konstitusiyalı monarxiya Gürcüstana sabitlik gətirəcək”

Read Next

“Babalar (Atalar) Günü”ndən yazan deputat qeyd etdi ki…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir