Kılıcdaroğlu prezidentlə baş naziri yürüşə dəvət etdi, Ərdoğan “örtülü darbe” dedi…

Türkiyə prezidenti və baş naziri Ankaradan İstanbula doğru “Ədalət!” yürüşünə qatılmağa dəvət edilib.

Etikxeber.az-ın xəbərinə görə, bu təkliflə yürüşün 9-cu günündə CXP lideri Kamal Kılıcradoğlu çıxış edib.

“Türkiyənin prezidenti  Rəcəb Tayyib Ərdoğanı  və baş nazir Binəli Yıldırımı “Ədalət!” yürüşünə qatılmağa dəvət edirəm. Onlar yürüşə qatılarlarsa və vətəndaşları dinləyərlərsə,çox məmnun olaram”-deyə, Kılıcdaroğlu sözlərinə əlavə edib.

Hələlik bu təklifə adıçəkilən şəxslərdən hər hansı bir cavab gəlməsə də, Ərdoğan Kılıcdaroğlunu yeni sərt sözlərlə tənqid edib, yürüş təlimatının Fətullah Güləndən gəldiyini söyləyib.

“Ədalət!” yürüşü əslinə “örtülü darbe”dir. Bu darbenin müəllifi də “FETÖbaşı” Fətullah Güləndir. Yürüşlə bağlı təlimat ondan gəlib”-deyə, Ərdoğan daha sonra bildirib.

Etikxeber.az 

Read Previous

Perinçek də CXP-lilər haqda sərt danışdı…

Read Next

Mətbuat Şurasının Şikayətlər üzrə komissiyasının növbəti iclasında nələr müzakirə olundu? – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir