Kılıcdaroğludan Baxçalıya: “ƏDALƏT BİR GÜN ONUN ÖZÜNƏ DƏ GƏRƏK OLACAQ”

“Sayın Baxçalı heç maraqlanmasın-narahat olmasın…Amma ədalət bir gün onun özünə də lazım olacaq”.

Etikxeber.az-ın xəbərinə görə, bunu dünən Ankaradan İstanbula doğru “Ədalət!” yürüşü başladan CXP genəl başqanı Kamal Kılıcdaroğlu MHP lideri Dövlət Baxçalının ona qarşı ittihamına münasibətini bildirərkən deyib.

Bu gün də “Ədalət!” yürüşünü davam etdirən Kılıcdaroğlu ölkəyə demokratiya gələnə qədər bu yürüşə davam edəcəklərini bildirib.

bahceli-kilic

O, sonra “Yürümək nə vaxtdan suç olub?!”-deyə, sözlərinə əlavə edib.

CXP liderinin məlum addımı baş nazir Binəli Yıldırım tərəfindən də qınanıb.

“Ədaləti küçədə axtarmazlar. Yaxşı olardı ki, tezliklə bu yürüşə son versin”-deyə, Yıldırım söyləyib.

Baş nazir eyni zamanda, Baxçalının bəyanatına dəstək verib:

“Dövlət Baxçalı əsl dövlət adamı kimi açıqlama verib”.

Etikxeber.az

Read Previous

Kadir Topbaşın kürəkəni yenidən “FETÖ”çü kimi həbs olundu

Read Next

Akşənərdən də Kılıcdaroğluna dəstək gəldi: “Hüzur və ədalət təsis edilməlidir”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir