“Kim desə ki, Ələt öz-özünə cəlbedicidir…” – VALEH ƏLƏSGƏROV

 

“Bu qanunu mən icad etməmişəm”-Vitse-spikerdən iradlara cavab 

Milli Məclis (MM)  sədrinin müavini Valeh Ələsgərov “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsinin Konstitusiyaya zidd olması ilə bağlı deputatlar tərəfindən səsləndirilən iradlara cavab verib.

Etikxeber.az xəbər verir ki, V. Ələsgərov qeyd edib ki, bu qanun qəbul olunandan sonra əlbəttə ki başqa qanunlarla uyğunlaşdırılmalıdır:

valeh-aleskerov

“Mən İşçi Qrupunun üzvlərini və ekspertləri komitəmizdə aparılan müzakirələrdən sonra Ələtə apardım. İki gün orada olduq və hamısının fikirləri tanışlıqdan sonra tamamilə dəyişdi. Ən qabaqcıl təcrübəni masanın üstünə qoymuşuq. Bunu mən, Valeh Ələsgərov icad etməmişəm. Qanunun beynəlxalq təcrübəyə uyğun olduğunu da görəndən sonra sizə əminliklə onu təqdim etdim. Kim  desə ki, Ələt öz-özünə cəlbedicidir,bu, yanlışdır. Ələti cəlbedici etmək üçün belə qanunvericilik lazım idi”.

ali-huseynli-1

Parlamentin Hüquq siyasəti və dövlət qurucuıuğu komitəsinin sədri Əli Hüseynli  də sözügedən məsələyə münasibət bildirib.

Onun sözlərinə görə, sənəddə Konstitusiya ilə ziddiyyət təşkil edən heç bir məqam yoxdur:

“Əslində bu sənəddə bəzi məsələlərin mövcud qanun və qaydalardakı məqamlardan üstün olması lazımdır. Çünki söhbət azad iqtisadi zonalardan gedir. Bu zonların yaradılması bir çox üstünlükləri tələb edir və xarci investorlar da məhz iş görərkən bu məqamlara söykənirlər. Ona görə də burada Konstitusiya ilə ziddiyyətlərin təşkil edilməsin söhbət gedə bilməz və bunlara da əsas yoxdur”.

Qeyd edək ki, qanun lahiyəsi birinci oxunuşda konseptual şəkildə səsə qoyularaq qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Bu qanunun maddələri Konstitusiyamıza ziddir – DEPUTATDAN VİTSE-SPİKERƏ İRAD GƏLDİ – YENİLƏNİB

Read Next

“Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı təsis edilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir