Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 77 saylı Astara Seçki dairəsindən daxil olan şikayətlərə baxılıb.
Etikxeber.az-ın məlumatına görə, bu barədə MSK üzvü Validə Kazımova məlumat verib.
V. Kazımova bildirib ki, araşdırma prosesində məlum olub ki, iddia edilən qanun pozuntuları təsdiqini tapmadığından şikayət nəticəyə təsir etməyib.
MSK 77 saylı Astara Seçki Dairəsi üzrə səsvermənin nəticələri qüvvədə qalması ilə qərar qəbul edib.
Bu darədən lider namizəd Rəşad Mahmudovdur.
***
MSK sosial şəbəkələrdə yayılan görüntüləri araşdırır.
Bunu MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, sosial şəbəkələrdə yayılan qanun pozuntuları ilə bağlı görüntülər araşdırılacaq, bu pozuntuları edən şəxslər cəzalandırılacaq: “Sosial şəbəkələrdə qanun pozuntularına dair videoların yayılması çox gözəl ənənədir. Bu görüntüləri yayanlar bizim əsl köməkçilərimizdir. Eyni zamanda müəyyən mənada bəzi şəxslər bundan sui-istifadə etməyə çalışırlar. Biz təklif edirik ki, kimin əlində nə material varsa, gec olmadan bizə təqdim etsin. Biz hər kəsə bu şəraiti yaradırıq”.
***
“Seçilməyən bəzi namizədlər hansısa məqsəd üçün təxribat xarakterli addımlar atırlar”.
Bunu da M. Pənahov deyib.
MSK sədri bildirib ki, bəzi namizədlərin MSK qarşısında aksiya keçirməsi normaldır: “Amma MSK-nın şöbə müdirini içəri buraxmamaq artıq normal deyil. Polisə müraciət edirik ki, bu barədə tədbir görsün. MSK-nın işinə mane olmaq olmaz. Kim olursa-olsun, bunu edirsə, qanun pozuntusudur”.
Qeyd edək ki, bu gün MSK-nın iclasından əvvəl 29 saylı Səbail Seçki Dairəsindən deputatlığa bir qrup namizəd MSK-nın şöbə müdirinin binaya girişinə mane olub.
***
“Məntəqə seçki komissiyalarında və səs verilən məntəqələrdə baş vermiş qanun pozuntuları ilə bağlı məsələlərə Dairə seçki komissiyalarında (DSK) baxılmalıdır”.
Bu fikirlər də MSK sədri Məzahir Pənahov məxsusdur.
MSK sədri bildirib ki, şikayət verən bəzi namizədlər narahatdır:
“Amma buna heç bir əsas yoxdur. Məntəqələrdə baş verən pozuntularla bağlı məsələyə DSK-larda baxılır. Əgər DSK-nın qərarı namizədi qane etmirsə, bu halda o, MSK-ya müraciət edə bilər. Bu zaman MSK həmin şikayəti araşdırıb müvafiq qərar qəbul edəcək. Bütün müraciətlərə qanunun tələbinə uyğun şəkildə baxılacaq”.
Etikxeber.az