Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Yollarda heç bir nizam-intizam olmayacaq. Niyəsi də çox sadədir. Operativ nəqliyyat vasitələrinin hərəkət zamanı üstünlük hüququ bütün dünyada var. Bu, öz yerində.
Bizdə isə qeyri-rəsmi imtiyaz verən nömrə nişanları ilə şəhərdə avtoxüliqanlıq edən minlərlə avtomobil var. Nazirlərin, icra başçlarının, deputatların və sairlərin AA, AS, MO, FH və sair nömrə nişanlı avtomobilləri… Bunlar şəhəri iflic edib.
Etikxeber.az xəbər verir ki, bunu tanınmış hüquq müdafiəçisi Sahib Məmmədov deyib.
O, qeyd edib ki, bunları nə Dövlət Yol Polisi (DYP) saxlayar, nə də hansısa hada, yəni, kefləri istəyib, saxlayanda heç kəs parklama qaydasını pozmağa görə cərimə edər.
“Nəticədə nə baş verir- hamının gözünün qabağıdadır.
Selektiv yanaşma isə hüquqi nihlizm üçün ən əsas səbəbdir.
Niyə hansısa mülki nazir sayrışan avtomobillə, qoşa xətti kəsib keçməklə yollarda at oynatmalıdır?
Kim ona bu səlahiyyəti verib?”-deyə, S. Məmmədov sözlərinə əlavə edib.
Etikxeber.az