“Kim onlara bu səlahiyyəti verib?” – HÜQUQ MÜDAFİƏÇİSİ NAZİRLƏRİ, DEPUTATLARI , İCRA BAŞÇILARINI “TOPA” TUTDU

Yollarda heç bir nizam-intizam olmayacaq. Niyəsi də çox sadədir. Operativ nəqliyyat vasitələrinin hərəkət zamanı üstünlük hüququ bütün dünyada var. Bu, öz yerində.

Bizdə isə qeyri-rəsmi imtiyaz verən nömrə nişanları ilə şəhərdə avtoxüliqanlıq edən minlərlə avtomobil var. Nazirlərin, icra başçlarının, deputatların və sairlərin AA, AS, MO, FH və sair nömrə nişanlı avtomobilləri… Bunlar şəhəri iflic edib.

Etikxeber.az xəbər verir ki, bunu tanınmış hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

O, qeyd edib ki, bunları nə Dövlət Yol Polisi (DYP) saxlayar, nə də hansısa hada, yəni, kefləri istəyib, saxlayanda heç kəs parklama qaydasını pozmağa görə cərimə edər.

“Nəticədə nə baş verir- hamının gözünün qabağıdadır.

Selektiv yanaşma isə hüquqi nihlizm üçün ən əsas səbəbdir.

Niyə hansısa mülki nazir sayrışan avtomobillə, qoşa xətti kəsib keçməklə yollarda at oynatmalıdır?

Kim ona bu səlahiyyəti verib?”-deyə, S. Məmmədov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Deputatlar yeni sessiyada və büdcə müzakirələrində hansı – TƏKLİFLƏRİ SƏSLƏNDİRƏCƏKLƏR?

Read Next

“Sosial şəbəkələrdə şərəf və ləyaqətin alçaldılması halları baş verir ki…” – PA RƏSMİSİ – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir