“Kimlərsə ölkəni qarışdırmağa start verib:Rəhim Qazıyevə küçədə xəsarət yetirilməsi məsələsi bunun təzahürüdür”- FAZİL MUSTAFA

Kimlərsə ölkəni qarışdırmağa start verib. Keçmiş Müdafiə naziri Rəhim Qazıyevə küçədə xəsarət yetirilməsi məsələsi də açıq -aşkar bunun təzahürüdür. Keçmiş olsun.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Fazil Mustafa sabiq Müdafiə naziri Rəhim Qazıyevin bu gün naməlum şəxslər tərəfindən döyülməsi və ona xəsarət yetirilməsinə münasibətini bildirərkən deyib.

“Hadisə yerində kameralar olubsa, ictimaiyyətə dərhal açıqlanmalı, hadisəni törədənlərin kimliyi təsbit olunmalıdır. Ölkədə gərginlik yaradan hadisələrin ard-arda gəlməsi hər bir vətəndaşımızı daha diqqətli olmağa səsləyir. Hamılıqla baş verən bu təxribatların qarşısını almağa səfərbər olmalıyıq”-deyə, o, əlavə edib.

Qeyd edək ki, bu gün naməlum şəxslər sabiq nazir R. Qazıyevi küçədə vurub qaçıblar.

O, başından yaralanıb. Vətəndaşlar ona yardım göstərib, polisə və təcili yardıma müraciət edilib.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev isə bildirib ki, R.Qazıyevin xəsarət alması ilə bağlı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.

Etikxeber.az

Read Previous

Zəlimxan Məmmədlinin seçimi-ƏLİ İNSANOV OLDU…-FOTO

Read Next

“Təəssüf ki, pandemiya bizə mərasimi ənənəvi üslubda keçirməyə imkan vermədi…”-BƏHRUZ MƏHƏRRƏMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir