“Kimlərsə xəyallara qapılmasın, Azərbaycan daim müstəqil olacaq” – MİLLƏT VƏKİLLƏRİ

YAP-çılar Jirinovskinin təklifini “topa” tudular: Absurd və cəfəngiyyatdır

“Azərbaycan tarixində ikinci dəfə müstəqilliyini 27 il öncə şəhidlər, qanlar bahasına qazanıb və indi onu yenidən itirmək, müstəqilliyindən imtina etmək niyyətində də deyil, bu, mümkünsüzdür”.

eldar-bdu

Etikxeber.az xəbər verir ki, bunu YAP-dan olan millət vəkili, professor Eldar İbrahimov Rusiyanın Liberal Demokratlar Partiyasının (RLDP) lideri Vladimir Jirinovskinin “Azərbaycan Rusiyaya birləşsin, Qarabağ münaqişəsi həll olunsun” açıqlamasına münasibətini bildirərkən deyib.

E. İbrahimovun sözlərinə görə, Azərbaycan 27 ildir müstəqildir, müstəqil dövlət kimi də qısa zaman kəsiyində nəinki yerləşdiyi bölgənin, coğrafiyanın, bütövlükdə dünyanın aparıcı, lider dövlətlərindən birinə çevrilib, dünyada söz, nüfuz sahibidir:

bayraq

“Azərbaycan ötən əsrdə iki dəfə müstəqillik əldə edib, hər ikisi də qanlar, şəhidlər, ağır məşəqqətlər bahasına. Çox təəssüflər olsun ki, birinci müstəqilliyimizin -Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ömrü uzun çəkmədi, xarici və daxili məkrli qüvvələrin əli ilə cəmi 23 aydan sonra müstəqilliyimizə son qoyuldu, ölkəmiz işğal olundu, müstəqillikdən məhrum edildik. Amma xalqımızın istiqlal, milli-azadlıq mücadiləsi, mübarizəsi 70 il ərzində gizli-açıq şəkildə davam etdi, azadlığın yanğısını xalqımızın qəlbində söndürmək mümkün olmadı və nəhayət, 1991-ci ilin avqustunda Azərbaycan tarixində ikinci dəfə müstəqilliyinə nail oldu, onu yenə minbir zəhmətlər, əzablar bahasına qazandı. 27 ildir də ölkəmiz müstəqil dövlət və dövlətçilik yolunda inamla, qətiyyətlə irəliləyir. Düzdür, bu illər ərzində də dəfələrlə daxili və xarici anti-Azərbaycan qüvvələr tərəfindən müstəqilliyimizə, müstəqil inkişafımıza qəsdlər, onu yolundan döndərmək, sapdırmaq cəhdləri olub. Amma hər dəfə də bu qəsdlər, bu məkrli cəhdlər Azərbaycan dövləti və Azərbaycan xalqının vəhdəti, xalqla- iqtidarın monolitliyi sayəsində, xüsusilə də. müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin siyasi iradəsi, qətiyyəti nətcəsində iflasa uğradılıb, Azərbaycanı ən azı üçüncü dünya dövlətlərindən birinə çevirmək istəyənlərin arzuları gözlərində qoyulub.

 

jir-1

jiri-giri

Çox fəxr və qürur duymalı haldır ki, Heydər Əliyevin müstəqil dövlət və dövlətçilik siyasəti onun kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də son 15 il ərzində uğurla, layiqincə davam etdirilir. Azərbaycan bu gün dünyanın siyasi, iqtisadi, mədəni dialoq məkanına, milli və dini tolerantlıq mərkəzinə çevrilib. İndi nəyəsə, kiməsə görə bunları qurbanmı verməlyik, bunlardan imtinamı etməliyik? Xeyr, bu, qətiyyən mümkün deyil, ağıla və məntiqə belə sığmır. Bu yöndə səslənən bütün təklif və iddialar anadan ölü doğulmuş uşaq kimidir, yəni, müzakirə predmeti belə ola bilməz. Azərbaycan bütün ölkələrlə, o cümlədən, yaxın qonşusu və gözəl dostluq münasibətləri olan Rusiya ilə də bərabərsəviyyəli və bərabərhüquqlu əməkdaşlıq, tərəfdaşlıq edir. Bu gün Azəırbaycan-Rusiya münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Münasibətlərin belə bir səviyyəyə yüksəlməsində də Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin böyük rolu və xidmətləri var. İnanırıq ki, bu münasibətlər bundan sonra da qorunub, saxlanacaq, daha da inkişaf etdiriləcək. ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan bir ölkə kimi də Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllinə daha yaxından kömək edəcəyini və töhfə verəcəyini gözləyirik. İnanmaq və ümid etmək istəyirik ki, bu gözləntimiz də, nəhayət, özünü doğruldacaq. Ancaq Azərbaycanın müstəqilliyindən geri çəkilməsi. Qarabağ münaqişəsində güzəştli mövqe tutması mümkün deyil. Kimsə boş xəyallara qapılmasın”.

eldeniz-eldeniz

Digər YAP-çı millət vəkili Eldəniz Səlimov da RLDP liderinin təklifini absurd və cəfəngiyyat adlandırıb:

“Bu, mümkün olan məsələ deyil. Azərbaycandan bunu gözləmək, Azərbaycana belə təkliflə çıxış etmək özü gülünc və siyasi etiketdən uzaq olan bir hərəkətdir. Rusiyada qarşıdan prezident seçkiləri gəlir və Rusiya xalqına da bu seçkilərdə uğurlar arzulayırıq. Bu, onlar daxili məsələsidir, kimsə də ona müdaxilə edə bilməz, hansı seçim edəcəyi də yalnız Rusiya xalqına məxsusdur. Amma görünür, bəzi Rusiya siyasətçiləri seçkilər ərəfəsində ucuz siyasi kapital toplamaq, insanları ələ almaq üçün belə populst və cəfəng iddialarla çıxış etmək həvəsinə düşüblər. Jirinovski də seçkilərdə iştirak edəcəyini bildirib, hər gün də bir populist çıxışla, vədlə ortaya çıxır. Bu təklif də həmin populist , cəgənf təklif və çıxışların bir tərkib hissəsidir. Bu adam getdikcə reallıq hissini itirir, nə danışdığını belə bilmir. Ona görə əslində onun sözlərinə, məlum təklifinə də ciddi yanaşmaq lazım deyil, deyib, elə orada da qalacaq, bəri başdan məhvə məhkumdur. Azərbaycan müstəqildir və müstəqil dövlət olaraq da qalacaq, zəfərdən-zəfərə doğru gedəcək. Eyni zamanda, kimlərinsə əlində Azərbaycana qarşı təzyiq vasitəsinə çevrilməyə cəhd edilən Qarabağ münaqişəsini də öz xeyrinə həll edəcək. Buna da kimsənin şübhəsi olmasn. Azərbaycan dövləti, Azərbaycan xalqı, cənab İlham Əliyev başda olmaqla, Azərbaycan iqtidarı buna qadirdir”.

Etikxeber.az

Read Previous

Deputat restoran və şadlıq evlərindən narazılıq etdi

Read Next

“Zeytun budağı”: 823 terrorçu məhv edilib,daha 6 hədəf vurulub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir