Dayanacaqların bir Əsasnaməsi olmalıdır.
Etikxeber.az-ın xəbərinə görə, bunu iyunun 4-də Milli Məclisin (MM) Regional məsələlər komitəsinin növbəti iclasında “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı komitə sədri Arif Rəhimzadə söyləyib.
Komitə sədri eyni zamanda deyib ki, hazırda təzə dayanacqlar yaradılır.
“Bakıda, Niami rayonu ərazisində, 8 km-də Birinci vitse-prezidentin tapşırığı ilə çox gözəl park salınıb. Bu təşəbbüs təqdir edilməlidir. Amma kimsə gəlib orada şlaqbaum qoyub ki, buradan avtomobil getməsin. Bundan bələdiyyələrin xəbəri var? Yəqin ki, orada yaşayan əhalinin avtomobilləri varsa, kart almalıdır. Tutaq ki, birinin ağır ükü var, taksi ilə gəlmək istəyir, necə olacaq? Yaxud, təcili yardım maşını lazım olsa, bu məsələ necə tənzimlənəcək? Ümumiyyətlə, yəqin ki, bu dayanacaqların bir Əsasnaməsi olmalıdır”-deyə, komitə sədri sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az