Kişi cinsli vətəndaşlar 15 yaşında ilkin hərbi qeyddiyata alınacaq

Ölkədə  kişi cinsindən vətəndaşlar 16 yaşında deyil, 15 yaşında ilkin hərbi qeyddiyata alınacaq.

Etikxeber.az-ın xəbərinə görə, bununla əlaqədar  “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir.

Qanunun 6-cı (Vətəndaşların ilkin hərbi qeydiyyata alınması) maddəsinin birinci cümləsinə əsasən, Hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalıdırlar. Dəyişikliklə yaş həddi 16-dan 15-ə endirilib.

Layihədə bildirilib ki, cari ilin 1 sentyabr tarixindən tətbiqinə başlanılmış yeni nəsil şəxsiyyət vəsiqələrinin 15 yaşdan verilməsi nəzərə alınaraq təcrübə baş verə biləcək uyğunsuzluqların qarşısının alınması məqsədi ilə ilkin hərbi qeydiyyatın da 15 yaşdan aparılması təklif edilir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Əliyev-Putin görüşü iki ölkə arasında münasibətlərin səviyyəsinin parlaq nümunəsidir – ZABELİN

Read Next

Son 5 ildə 4-cü səfər, son 1 ayda 2-ci görüş və ya Ermənistana verilən mesaj – ŞƏRH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir