Kişi müəllimi çatışmazlığı problemi var – TAHİR KƏRİMLİ

“Bəzi məktəblərdə ilan gəzir”.

Etikxeber.az xəbər verir ki, bunu deputat Tahir Kərimli parlamentdə çıxışı zamanı deyib.

Təmsil etdiyi Ağsu rayonunda məktəb probleminə toxunan T. Kərimli bildirib ki, Ağsuda 1980- ildən tikilmiş məktəblər hələ də fəaliyyət göstərir:

tahir-karimli

“Həmin məktəblər uçub, tökülməkdədir. Bəzi kənd məktəblərində ilan gəzir. 2,4, 5 nömrəli məktəblərin çoxu pis vəziyyətdədir.

Məktəblərdə 106 müəllimə ehtiyac var. Kişi müəllimlər isə tapılmır. Kişi müəllimlərinin çatışmazlığının hansı psixoloji problemlərə səbəb olduğunu bilirsiniz.

Mən Təhsil Nazirliyinə müraciət edirəm ki, kişi müəllimlərin sayını artırılması üçün müəyyən addımlar atsın”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Bəzi dövlət qurumları “ötür-ötür” oynayır – MAHMUDOV ŞİKAYƏTLƏNDİ

Read Next

“Əhalinin kredit probleminə hökumətdə baxılır” – SPİKER

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir