İndi sosial şəbəkədə bir gəncin ( qeyd edilir ki, avtobus sürücüsüdür) bir gənc qadını döyməsi videosuna rast gəldim. Heç bir halda, nə baş verməsindən asılı olmayaraq, kişi qadına əl qaldırmamalıdır, belə hərəkət yolverilməzdir.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.
O, qeyd edib ki, ilk növbədə situasiyanın bu vəziyyətə gəlib çıxmasına şərait yaradılmamalı, baş verərsə isə kişi qadınla üzbəüz olduğunu anlayaraq, təmkinli olmalıdır.
“Ən təəccüblüsü isə ətrafdakıların hadisəni biganəliklə izləməsidir…”-deyə, millət vəkili sonra qeyd edib.
Etikxeber.az