“Kişilər yoxdur ki…” – AYTƏN MUSTAFAYEVA SƏRT DANIŞDI

Məişət zorakılığı həddindən çox artıb. Bunun qarşısı  hansısa yolla alınmalıdır.

Etikxeber.az xəbər verir ki, bunu professor, millət vəkili Aytən Mustafayeva parlamentin növbəti plenar iclasında səsləndirib.

“Dünən baş verən dəhşətli hadisə, uşağının, övladının gözü qarşısında ata həyat yoldaşını, övladının anasını qəddarlıqla öldürüb, ona 20 bıçaq zərbəsi vurub…

Özü də hamının gözü qarşısında…

Hamı da durub seyr edib, bunu durub telefona çəkib…

aytan

Bu, dəhşətdir…

Artıq kişilər yoxdur ki, həmin qadını datıb onun əlindən alsın və ya alaydı…Biz  hara gedirik?!

Hesab edirəm ki, qanunvericiliyə çox ciddi dəyişikliklər edilməlidir, cinayət qanunvericiliyi sərtləşdirilməlidir”-deyə, A. Mustafayeva sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Əli Əsədov baş nazirliyə təsdiqləndi – 105 SƏSLƏ – YENİLƏNİB – (1)

Read Next

Dövlət bayrağı ilə bağlı qanun – DƏYİŞDİRİLİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir