“Kitab bayramı”na yüzlərlə insan qatıldı-BƏRDƏDƏ GÖZƏL BİR GÜN YAŞANDI- FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün-11 may 2023-cü il tarixində, səhər saatlarında Bərdə rayonunda “Kitab bayramı” düzənlənib.

“Kitab bayramı” mərhum dövlət başçısı Heydər Əliyevin 100 illiyi ilə bağlı təşkil olunub.

Etikxeber.az-ın xəbərinə görə, Bərdə rayon Ağsaqqallar Şurası tərəfindən təşkil olunan “Kitab bayramı”nda yüzlərlə insan-Ağsaqqallar Şurasının üzvləri, millət vəkili Fatma Yıldırım, məşhur futbolçu İsgəndər Cavadov, rayonun məsul və rəhbər şəxsləri, yerli ziyalılar, müəllim və şagirdlər, Şəhid ailələri, Qazilər və digər şəxslər iştirak ediblər.

“Kitab bayramı”nda Heydər Əliyev və Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra çıxışlar olunub.

Bərdə rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, millət vəkili Fatma Yıldırım, Şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova, məşhur futbolçu İsgəndər Cavadov və digərləri çıxış ediblər.

Çıxışlarda tədbirin təşkilatçılarına minnətdarlıq bildirilib, “Kitab bayramı”nın əhəmiyyətindən bəhs olunub.

Eyni zamanda, mərhum dövlət başçısı Heydər Əliyevin fəaliyyətindən, Azərbaycan dövləti və xalqı naminə misilsiz fədakarlıqlarından, onun Azərbaycanda elmə, kitaba verdiyi töhfələrdən danışılıb.

“Kitab bayramı”nda həmçinin 3 minə yaxın kitab paylanılıb, hədiyyələr təqdim olunub.

Təbdirin bədii hissəsində isə şeirlər və yerli ifaçılar tərəfindən mahnılar səsləndirilib, ifa edilib.

Qeyd edək ki, yüzlərlə insanın qatıldığı “Kitab bayramı” iştirakçılar tərəfindən maraqla və təqdirlə qarşılanıb.

12:52

***

FOTOLAR:

13:14

***

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Ermənistanın danışıqlar prosesinə xələl gətirən əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır”-XİN

Read Next

“Fransa birtərəfli, qərəzli mövqeyini davam etdirir..”-SAHİBƏ QAFAROVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir