Kitaroviç: “Siyasi əlaqələr çox yaxşıdır, lakin…”

“Bizim artıq ötən gecə Bakıda və Azərbaycanın digər yerlərində yaşayan Xorvatiya icmasının üzvləri ilə görüşmək imkanımız oldu. Mən şadam ki, milli futbol komandanızın baş məşqçisi Prosineçki ilə yanaşı, xüsusilə iqtisadi sektorda, əczaçılıq, həmçinin nəqliyyat, mühəndislik və digər sahələrdə çalışan bir çox başqa insanlar var”.

Etikxeber.az xəbər verir ki, bunu Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç deyib.

“Sizin 2013-cü ildə Zaqrebə səfərinizdən və bu il Suriya ilə bağlı Londonda keçirilən konfrans çərçivəsində görüşümüzdən sonra bu gün əlaqələrimizi daha da inkişaf etdirməklə bağlı müzakirələr aparmaq üçün yaxşı imkan var. Cənab Prezident, qeyd etdiyiniz kimi, bizim aramızda açıq qalan məsələlər yoxdur”-deyən xanım Prezidentin sözlərinə görə, siyasi əlaqələr çox yaxşıdır. Lakin bu əlaqələri inkişaf etdirmək üçün daha çox imkanlar var. Xüsusilə iqtisadiyyat, mübadilə, investisiya və ticarət sahələrində əməkdaşlığımızı, həmçinin xalqlar arasında, mədəniyyət, təhsil, müdafiə və təhlükəsizlik sahələrində əlaqələri və bizim hamımıza təsir edən regional və qlobal təhlükəsizliklə bağlı hərtərəfli əməkdaşlığı, əlaqələndirməni və məsləhətləşmələri dərinləşdirmək və genişləndirmək üçün çoxlu imkanlar var.

“İki ölkə arasında strateji tərəfdaşlıq və dostluqla bağlı Zaqreb Bəyannaməsinin imzalanmasından sonra, düşünürəm ki, hökumətlərarası komissiyanın görüşüb hərtərəfli əməkdaşlığa, daha çox irəliləyişə nail olmağın təfərrüatları ilə bağlı müzakirələr aparması baxımından atılmalı olan konkret addımlar var”-deyə, o, sonra bildirib.

Etikxeber.az

Read Previous

Əliyev: “İkitərəfli əməkdaşlığı inkişaf etdirmək istəyirik”

Read Next

Hicran Hüseynova: “Ailə Strategiyası artıq hazırdır”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir