“Klan, tayfa təfəkkürü ilə yaşayan, dövlət qulluğuna biznes, yaxud biznesin proteksiya vasitəsi kimi baxan “dövlət qulluqçularını” da görmüşük…”-DEPUTAT ƏSL DÖVLƏT QULLUQÇULARINI TƏBRİK ETDİ

23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı münasibəti ilə dövlət qulluğunda olan bütün soydaşlarımızı təbrik edir, onlara fəaliyyətlərində və şəxsi həyatlarında uğurlar arzulayıram!

Dövlət qulluqçusu dövlətin vətəndaşa açılan qapısıdır.

Vətəndaşın məmnuniyyəti bir başa dövlət qulluqçusunun fəaliyyətindən asılıdır.

Azərbaycanda dövlətin yükünü şərəflə, rəşadətlə çiyinlərində daşıyan dövlət qulluqçuları olub, hazırda da var və daim olacaq.

Lakin təəssüflə qeyd etməliyik ki, az sayda dövlətçilik yolundan sapan, klan, tayfa təfəkkürü ilə yaşayan, dövlət qulluğuna biznes, yaxud biznesin proteksiya vasitəsi kimi baxan “dövlət qulluqçularını” da yaxın tariximizdə görmüşük.

Lakin son islahat dalğası, xüsusən, şəxsən cənab Prezidentin bu məsələdə güclü siyasi iradəsi, barışmaz mövqeyi nəticəsində artıq dövlət aparatı bu kimi ünsürlərdən təmizlənib, islahata, yeniliyə, sağlam təfəkkürə qarşı çıxanlar neytrallaşdırılıb, buqələmun kimi gizlənməyə çalışanların da ən qısa zamanda qanunun qarşısında cavab verəcəyini özünüz görəcəksiz.

Sonda fürsətdən istifadə edərək təmsil etdiyim Biləsuvarın dövlət strukturlarında çalışan dövlət qulluqçularını da təbrik edir, daha güclü Azərbaycan naminə şərəfli fəaliyyətlərində onlara güclü, möhkəm qalmağı, Azərbaycanın mövcud siyasi xəttinə dönməz sədaqətlərinin davamlı olmasını arzu edirəm.

Unutmayaq ki, cənab İlham Əliyevin dediyi kimi, dövlət qulluğunda olmaq imtiyaz yox məsuliyyətdir!

Bayramınız mübarək!

Bəhruz MƏHƏRRƏMOV

Millət vəkil

Etikxeber.az

Read Previous

“Qüsursuz həyat” (Nağıl)-SABİR SEYİDOV

Read Next

Azərbaycanda bir gündə koronavirusa yoluxanların sayı 500-ü keçdi-508 YENİ YOLUXMA, DAHA 6 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir