Klinton liderdir – “Slate”

“Slate” nəşrinin qeyri rəsmi proqnozuna əsasən,  ABŞ prezident seçkilərində vaxtından əvvəl keçirilən səsvermədə Demokratlar Partiyasından olan namizəd Hillari Klinton liderdir.

Etikxeber.az-ın APA-ya istinadən xəbər verir ki,  vaxtından əvvəl səsvermənin nəticələrinə əsaslanan qeyri rəsmi proqnoza görə, Hillari Klinton seçkilərin yekun nəticəsinə təsir edə biləcək həlledici ştatlardan üçü – Florida, Ohayo və Nevada üzrə liderdir.

Maraqlıdır ki, ənənəvi olaraq “demokrat” hesab edilən Pensilvaniya ştatı üzrə respublikaçı Donald Tramp Hilari Klintonu qabaqlayıb.

“Slate” nəşrinin məlumatına görə, Florida ştatı üzrə Klinton Trampa nisbətən 100 mindən çox səs üstünlüyünə malikdir. Burada vaxtından əvvəl  səs vermiş 3,7 mln. seçicidən 48,3 faizi Klintona, 45,5 faizi isə Trampa səs verib.

Nevadada  Klinton Trampı təxminən 32 min səslə, Ohayoda – 53 min səslə qabaqlayır. Ohayoda seçicilərin 47,8 faizi Klintonu, 43,9 faizi isə Trampı, Nevadada Klintonu 46 faiz, Trampı 45,4 faiz seçici dəstəkləyib.

Koloradoda Klinton 46,3 faiz, onun rəqibi isə 2,7 az səs toplayıb.

Klinton rəqibini  nisbətən əhəmiyyətsiz ştatlar üzrə də qabaqlayır.

Etikxeber.az

Read Previous

“Qəbələ”-nin altı futbolçusu milliyə dəvət olundu

Read Next

Vergilər naziri Göygöldə vətəndaşların problemlərini dinləyəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir