ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 6% qabaqlayır.
Etikxeber.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, agentlik və “İpsos” şirkəti tərəfindən birgə keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 43 faizini, Tramp isə 38 faizini toplaya bilər.
Son rəy sorğusu sentyabrın 23-dən 29-dək keçirilib.
Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.
Etikxeber.az