Dekabrın 18-də Yaponiyada futbol üzrə klublararası dünya çempionatına yekun vurulacaq.
Etikxeber.az FIFA-nın rəsmi saytına istinadla xəbər verir ki, finalda “Real Madrid” (İspaniya) və “Kaşima Antlers” (Yaponiya) komandaları üz-üzə gələcəklər. “Amerika” (Meksika) və “Atletiko Nasional” (Kolumbiya) klubları isə öz aralarında üçüncü yerin sahibini müəyyənləşdirəcəklər.
Xatırladaq ki, dekabrın 8-dən başlayan və altı konfederasiyadan yeddi komandanın qatıldığı turnir Osaka və Okayama şəhərlərində keçirilir. Yarışın ötənilki qalibi finalda Argentinanın “River Pleyt” komandasını məğlub edən İspaniyanın “Barselona” klubu olub.
Etikxeber.az