“Köçəryanlar ədalət mühakiməsindən qurtula bilməyəcəklər” – MEHDİ ABDULLAYEV

Tarixən və hər zaman belə olub: gec və ya tez, hər kəs insanlıq, bəşəriyyət qarşısında etdiyi əməllərə, cinayət hərəkətlərinə görə ədalət mühakiməsi qarşısına cavab verməli, haqq etdiyi cəzasını çəkməli olub. Heç bir əliqanlı cinayətkar tarixin, ədalətin mühakiməsindən qaca, axıracan gizlənib, canını qurtara bilməyib. Buna əyani misal olaraq, İkinci Dünya Müharibəsindəki insanlıq, bəşəriyyət əleyihinə yönəlmiş cinayət əməllərinə görə, alman faşistləri üzrərində qurulan tarixi Nürnberq Məhkəməsini və ya yaxın tariximizdə baş vermiş Serebrenitsa soyqırımına görə, serb milliyyətindən olan hərbi canilər-Miloşeviç, Karaciç üzərində qurulan Haaqa Məhkəməsini göstərmək olar.

Bunu Etikxeber.az-a açıqlamasında hüquq elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru Mehdi Abdullayev Ermənistanın ikinci prezidenti və bir çox hərbi cinayətlərdə, xüsusilə, ötən ərsrin 90-cı illərinin əvvəllərində Azərbaycan torpaqlarınının işğalında, Xocalı, Meşəli, Qaradağlı, Ağdaban soyqırımlarında əli olmuş hərbi cani Robert Köçəryanın həbsi məsələsi ərtafında yaşananlara münasibətini bildirərkən deyib.

M. Abdullayev deyib ki, istər Köçəryanın, istərsə, onunla əlbir olmuş digər erməni qaniçənləri və hərbi canilər Sarkisyanın, Ohanyanın və digərlərinin Azərbaycan xalqı qarşısında etdikləri çinayətlərə, vandalizm əməllərinə görə, ədalət mühakiməsi qarşısında cavab verəcəkləri gün heç də uzaqda deyil:

sarkisyan

kocarr

xocali-1

“Bildiyiniz kimi, Ermənistanda baş vermiş son hakimiyyər dəyişikliyindən, çevrilişdən sonra Paşinyan hökuməti tərəfindən Ermənistanın sabiq rəhbərlərinə qarşı cinayət işlərinin açılmasına çaşlanılıb. Qatı cinayətkar Serj Sarkisyanın qardaşının və oğlunun həbsi buna əyani misaldır. Eyni zamanda, Sarkisyanın özünün də həbsə atılacağı, məhkəməyə çəkiləcəyi istisna deyil. Bununla yanaşı, Azərbaycan torpaqlarının işğalında, qanlı soyqırımı əməllərində əli və iştirakı olmuş 3 əsas hərbi canidən biri, eks-prezident Robert Köçəryanın həbsə atılacağı da an məsələsidir. Onun bu yaxınlarda yaradılmış Ermənistan Xüsusi İstintaq-Təhqiqat Komitəsinə (Qrupuna) çağırılması və Yerevan şəhərindəki  rayon məhkəmələrindən birində haqqında  həbs-qətimkan tədbiri seçilməyə hazırlaşılması Köçəryanın da həbsinin qaçılmaz olduğunu göstərir.

Hətta, bəzi yerli KİV-lərin yazdığına görə, onun həbsi artıq baş verib. Bu deyilənlər indikilikdə tam təsdiqini tapmasa da, ancaq bunun reallaşacağı birmənalıdır. Köçəryan istintaqdan, həbsdən yayına bilməyəcək, artıq daxili və xarici havadarları da onu türmə, həbsxana divarlarından, qandallardan qurtara bilməyəcəklər. Bibliyada da deyildiyi, “hər kəs artıq tökdüyü daşları yerdən ətəyinə yığmalıdır”. Yəni, artıq xalqımıza qarşı hərbi cinayətlərdə, vandalizm aktlarında əli olanların da “tökdükləri daşları” yerdən yığma zamanıdır…

Düzdür, bu gün onları biz deyil, ermənilər özləri mühakimə edir-özlərinə, ermənilərə etdiklərinə görə, ancaq çox yaxın zamanlarda bizlər də onları tarixin mühakiməsinə çəkəcəyik-bizlər, azərbaycanlılar və Azərbaycan qarşısında etdiklərinə görə. Bu, birmənalıdır. Ona görə hələ nə qədər gec deyil, digər erməni siyasətçiləri və hərbi cinayətakarları da bunlardan ibrət götürsün, dərs çıxarsınlar və Azərbaycan ərazilərini necə işğal ediblərsə, o cür də işğal olunmuş ərazilərdən geri çəkilsinlər. Bunu etməsələr, onların aqibəti daha ağır olacaq, Azərbaycan xalqı və dövləti onları haqq etdikləri yerdə oturtmağı bacaracaq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Bu ölkə seçkilərə nə vaxt gedir? – RƏSMİ

Read Next

İstiqlalçı deputat, ilk MM üzlərindən olan Məryəm Həsənova dünyasını dəyişdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir