Kolumbiya-Yaponiya-1:2, Polşa-Seneqal – 1:2, Rusiya-Misir- DÇ:2018 -YENİLƏNİB – (6)

İyunun 19-da – Rusiyada keçirilən futbol üzrə dünya çempionatının altıncı günündə üç oyun keçiriləcək.

Etikxeber.az xəbər verir, gün ərzində “H” qrupunda iki oyunda Kolumbiya-Yaponiya və Polşa-Seneqal üz-üzə gələcəklər. Günün sonuncu oyununda mundialın “A” qrupunda yer alan ev sahibi Rusiya Misir yığması ilə qarşılaşacaq.

Rusiya-Misir oyunu mundialın ikinci turunun ilk oyunu olacaq. “A” qrupunun birinci turunda Rusiya Səudiyyə Ərəbistanı (5:0), Uruqvay isə Misir yığmasını məğlub edib (1:0).

Günün ilk oyunu Bakı vaxtı ilə saat 16:00-da “H” qrupunda yer alan Kolumbiya və Yaponiya arasında baş tutacaq. Görüş “Mordoviya Arena”da oynanılacaq.

Bu komandaların ilk görüşü 2014-ci ildə Braziliyada keçirilən mundialda baş tutub. “C” qrupunda mübarizə aparan hər iki komandanın görüşü 4:1 hesabı ilə kolumbiyalıların qələbəsi ilə başa çatıb. Kolumbiya millisi dünya çempionatlarında indiyədək altı dəfə oynamaq hüququ qazanıblar. Bu komandanın çempionatlarda ən yaxşı göstəricisi sonuncu dünya çempionatına təsadüf edir. Komanda 2014-ci ildə Braziliyada keçirilən mundialda dörddəbir final mərhələsinə vəsiqə qazanıb. Həmin mərhələdə ev sahibi Braziliya millisinə 2:1 hesabı ilə məğlub olaraq mübarizəsini dayandırıb. Kolumbiyalıların mundiallarda debütü 1962-cı ildə olub. Kolumbiya milli komandasının tarixində ən çox qol vuran oyunçu 66 oyunda 26 qolla Radamel Falkaodur. İsveç yığmasında ən çox oyun keçirən oyunçu isə FİFA-nın 20-ci əsrin 100 ən əfsanəvi futbolçular siyahısına daxil olan qapıçı Karlos Valderamadır (111 oyun).

Yaponiya yığması bundan əvvəl üç dəfə mundialda çıxış etmək hüququ qazanıb. Yaponiyalıların mundiallarda ən yaxşı göstəricisi 2002-cı ildə Yaponiya və Ş.Koreya arasındakı oyuna təsadüf edib. Yaponiyalılar həmin vaxt qrup birincisi kimi səkkizdəbir finala yüksəliblər. Komanda səkkizdəbir finalda Türkiyə millisinə məğlub olub. Həmin oyunda Ümüd Davala fərqlənərək yaponiyalıların mübarizəsini dayandırıb.

Günün ikinci oyunu saat 19:00-da Moskvadakı “Spartak” stadionunda başlayacaq. Mundialın birinci turuna yekun vuran oyunda Polşa və Seneqal milliləri ilə qarşılaşacaq.

Polşa millisi yeddi dəfə mundialda iştirak hüququ qazanıb. Polşalılar dünya çempionatlarının ikiqat bürünc mükafatçılarıdırlar (1974, 1982). Polşa millisinin əsas qol silahı sayılan Robert Levandovskiy 91 qolla ən çox fərqlənən oyunçu kimi milli komandanın tarixinə düşüb.

Seneqal millisinin debüt çıxışı 2002-ci ildə Yaponiya və Cənubi Koreyanın birlikdə ev sahibliyi etdikləri mundialda olub. Həmçinin ən yüksək nəticələri də bu mundialda baş tutub. Dörddəbir final mərhələsinə kimi yüksələn Seneqal yığması həmin mərhələdə oyuna əlavə olunmuş dəqiqələrdə buraxdığı qolla Türkiyə millisinə məğlub olub.

Bakı vaxtı ilə saat 22:00-da başlayacaq üçüncü qarşılaşma Sankt-Peterburq şəhərindəki “Sankt-Peterburq Arena”da oynanılacaq. İkinci turun ilk oyununda ev sahibi Rusiya Misir millisi ilə üz-üzə gələcək.

Rusiya millisi dünya çempionatlarının final mərhələsində 1994-cü, 2002-ci və 2014-cü illərdə çıxış edib. Rusiyalılar dünya çempionatlarında sonuncu qələbəsini 2002-ci ildə Tunis üzərində qazanıblar – 2:0.

Misir yığması isə 1934-cü və 1990-cı illərdəki mundiallardan sonra üçüncü dəfədir dünya çempionatlarında iştirak hüququ qazanıb.

Qeyd edək ki, Kolumbiya–Yaponiya oyunu saat 16:00-da İdman Azərbaycan və İctimai Televiziya birbaşa yayımlanacaq. Polşa-Seneqal qarşılaşması isə saat 19:00-da İdman Azərbaycan kanalında canlı yayımlanacaq. Günün sonuncu oyunu azərbaycanlı futbolsevərlər üçün saat 22:00-da yayımlanacaq.

***

Kolumbiya və Yaponiya milliləri arasındakı qarşılaşma başlayıb.

“Mordoviya Arena”da oynanılan görüşü sloveniyalı referi Damir Skomina idarə edir.

Kolumbiya millisinin start heyətində David Ospina, Oskar Murilyo, Santiaqo Arias, Karlos Sances, Radamel Falkao, Xuan Quadrado, Xefferson Lerma, Xoan Moxika, Xuan Kintero, Xose İskiyerdo, Davinson Sances meydana çıxıblar. Komandanın baş məşqçisi Xose Pakermandır.

Yaponiya yığmasının məşqçisi Nisino Akira ilk “11-lik”də Eydzi Kavasima, Qen Sendzi, Yuto Naqatomo, Qaku Sabasaki, Qenki Xaraquti, Sendzi Kaqava, Takasi Unui, Yuya Osaka, Makoto Xasebe, Xiroki Sakai, Maya Yosidaya şans verib.

Qeyd edək ki, bu komandaların ilk görüşü 2014-ci ildə Braziliyadakı mundialda baş tutub. Həmin mundialda “C” qrupunda mübarizə aparan hər iki komandanın görüşündə kolumbiyalılar 4:1 hesabı ilə qalib gəlmişdilər.

Mundiallarda 1962-cı ildə debüt edən Kolumbiya millisi dünya çempionatlarında indiyədək altı dəfə oynamaq hüququ qazanıb. Bu komandanın çempionatlarda ən yaxşı göstəricisi “Braziliya 2014”ə təsadüf edib. Həmin mundialda dörddəbir finaladək irəliləyən Kolumbiya yığması ev sahiblərinə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Kolumbiya milli komandasının tarixində ən çox qol vuran futbolçu Radamel Falkaodur. Futbolçu 66 oyunda 26 qola imza atıb. Bu komandanın heyətində ən çox oyun keçirmiş futbolçu isə FIFA-nın “XX əsrin 100 əfsanəvi futbolçusu” siyahısına daxil olan qapıçı Karlos Valderramadır (111 oyun).

Yaponiya yığması bundan əvvəl üç dəfə mundiallarda çıxış etmək hüququ qazanıb. Gündoğar ölkə təmsilçilərinin ən uğurlu çıxışı 2002-cı ildə Koreya Respublikası ilə birgə ev sahibliyi etdikləri dünya çempionatında olub.

Həmin mundialda qrup birincisi kimi səkkizdəbir finala yüksələn yaponiyalılar Türkiyə millisinə 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıblar.

***

Oyunda hesab bərabərləşib-1:1

***

Oyunda hesab dəyişib.

Yaponiyalılar 2:1 hesabı ilə önə çıxıblar.

***

 Polşa-Seneqal qarşılaşması başlayıb.

Moskvadakı “Spartak” stadionunda keçirilən görüşü bəhreynli Navaf Şükrallah idarə edir.

Polşa millisinin start heyətində Voycex Şesnı, Mixal Pazdan, Tiaqo Conek, Arkadiuş Milik, Robert Levandovski, Djeqoş Krixovyak, Kamil Qrosiçki, Macey Rıbus, Yakub Blaşikovski, Petr Zelinski, Lukaş Pişek meydana çıxıblar. Komandanın baş məşqçisi Adam Navalkadı.

Seneqal yığmasının ilk onbirliyində isə Xadim İndiaye, Kalibu Kulibali, Salif Sane, Musa Vaqe, Yussuf Sabali, Alfred İndiaye, İndrissa Qeye, Mame Diuf, Sadio Mane, Mbaye Niyanq, İsmayila Sarr yer alıblar. Seneqal millisinin məşqçisi Aliu Sissedir.

Qeyd edək ki, Polşa millisi yeddinci dəfə mundiallarda iştirak hüququ qazanıb. Polşalılar dünya çempionatlarının ikiqat bürünc mükafatçılarıdır (1974, 1982). Polşa millisinin əsas qol silahı sayılan Robert Levandovski 91 qolla ən çox fərqlənən oyunçu kimi milli komandanın tarixinə düşüb.

Seneqal millisinin dünya çempionatlarının final mərhələsi ilə tanışlığı 2002-ci ildə baş verib. Afrika təmsilçisinin ən uğurlu çıxışı da məhz həmin çempionatda olub. Həmin mundialın açılış matçında dünya çempionu Fransanı məğlubiyyətə uğradan və dörddəbir finaladək irəliləyən Seneqal yığmasının qarşısını Türkiyə millisi kəsib.

Xatırladaq ki, Polşa millisinin və Seneqal yığmasının yer aldığı “H” qrupunda ilk matç Yaponiya və Kolumbiya komandaları arasında oynanılıb. Görüş gündoğar ölkə təmsilçilərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

***

Polşa-Seneqal qarşılaşmasında hesab açılıb.

Oyunun birinci hissəsinin 38-ci dəqiqəsində seneqallılar 1:o hesabı ilə önə keçiblər.

***

Polşa-Seneqal qarşılaşmasında hesab dəyişib.

Seneqallılar oyunun ikinci hissəsində ikinci topu Polşa yığmasının qapısından keçiriblər.

Hesab 2:0 seneqallıların xeyrinədir.

***

Oyunun 86-cı dəqiqəsində hesab arasındakı fərq azalıb.

Polşa yığması fərqi 1:2-yə endirib.

Oyun elə bu hesabla da seneqallıların xeyrinə başa çatıb.

Etikxeber.az

Read Previous

ABŞ-ın yeni Türkiyə səfiri PYD-çimi?

Read Next

DÇ-2018: Rusiya-Misir qarşılaşması başladı-3:1 – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir