“Kömək istəyirlər… Deputat olaraq onlara necə kömək göstərə bilərəm? Çıxış yolu tapmıram, deputatın büdcəsi yoxdur…”-MİLLƏT VƏKİLİ “ÜSYAN” ETDİ

İndi bu ailələr nə etməlidir? Mən deputat olaraq onlara necə kömək göstərə bilərəm?

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev deyib.

“İmişli şəhər sakini ikinci qrup əlil Hümbətov Əhməd Məmmədoğlu ilə videogörüş keçirdim. İmişli şəhəri, Ramiz Əliyev küçəsi, ev 54-də yaşayır. Bu ünvanda üç ailə qeydiyyatdadır və onların işıq, qaz və su xətləri eynidir. Ərizəçi deyir ki, üç ailə arasında kimin daha çox elektrik enerjisi, qaz və su sərfiyyatı etdiyi barədə müntəzəm mübahisələr və davalar olur. Təbii ki, sərfiyyatı bölmək mümkün deyil. Öyrəndim ki, vətəndaş işıq sayğacının qoyulması üçün 165 manat və əlavə 27 manat pul ödənməlidir, bu edir 192 Azn. Qaz sayğacının qoyulması üçün 263 manat, su sayğacı isə ödənişsizdir”-deyən millət vəkili bildirib ki, ümumi xərc 455 manat edir. Hər üç ailə 455 Azn xərc çəkməlidir.

“Onlar isə çox ağır bir vəziyyədə yaşayırlar və güclə dolanırlar. Tələb olunan vəsaiti ödəmək imkanları da yoxdur və yaxın perspektivdə olması da gözlənilmir. Hümbətov Əhməd məndən kömək istəyir. İndi bu ailələr nə etməlidir? Mən deputat olaraq onlara necə kömək göstərə bilərəm? Düşünürəm və çıxış yolu tapmıram. Deputatın büdcəsi yoxdur. Həll yolu necə olmalıdır?”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Azərbaycanı Liviyaya, Misirə, Suriyaya çevirmək məqsədi güdürlər…”-NADİR QOCABƏYLİ – TANINMIŞ YAZAR, O CÜMLƏDƏN, BİR BAŞ REDAKTOR VƏ ÖLKƏ RƏHBƏRLİYİ TƏHDİD OLUNDU…

Read Next

“Masazır dairəsi”ndə hərəkət-MƏHDUDLAŞDIRILACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir