“Komada olan balaca Yusifə mümkün köməklik üçün aidiyyatı strukturlara müraciət edəcəyəm”-MİLLƏT VƏKİLİ

Bir az əvvəl aldığım xəbərə görə, Biləsuvar rayonu 2 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Muradov Yusif İnşallah oğlu yol-nəqliyyat hadisəsi nəticəsində ağır yaralaraq Bakı şəhərində xəstəxanaya yerləşdirilib. Yarım saat əvvəl xəstəxanaya getdim, Yusifin atası ilə görüşdük.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Atasının dediyinə görə, uşaq komada olsa da, vəziyyətində cüzi də olsa, irəliləyiş müşahidə olunmaqdadır. Yusifə mümkün köməklik üçün aidiyyatı strukturlara müraciət edəcəyəm”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Dövlət başçısının tibbi maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır”-MƏZAHİR ƏFƏNDİYEV

Read Next

“Hər bir məsələyə həssas yanaşılır və qaldırılan problemlər yaxın zamanlarda təhlil edilib, aidiyyatı strukturlar qarşısında qaldırılacaq”-DEPUTAT SEÇİCİLƏRİ İLƏ BİR ARAYA GƏLDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir