Komitə sədri Soçi görüşünü və TDƏŞ-in son sammitini şərh etdi

Ölkə prezidenti İlham Əliyevin sentyabrın 1-də Rusiya Federasiyasına rəsmi səfəri, Soçidə Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə bir araya gəlməsi ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Qeyd edim ki, bu, iki dövlət rəhbəri arasında son üç ayda üçüncü dəfə baş tutan görüş idi. Belə ki, Azərbaycan və Rusiya liderləri iyunda bundan öncə Moskvada Futbol üzrə Dünya Çempionatı ərəfəsində və avqustda Qazaxıstanda görüşmüdülər. Bu səfər isə nəticələrinə görə tarixi bir səfər, tarixi-siyasi bir hadisədir. Çünki səfər çərçivəsində Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın inkişafına dair mühüm sənədlər imzalandı, gələcəyə yönəlik çox önəmli mesajlar verildi.

Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə deyib.

soci-ilya-1

Azərbaycanla Rusiyanın, bəzi məqamlar istisna olmaqla, daim yüksək səviyyəli qonşuluq, dostluq münasibətlərinə malik olduğunu deyən Z. Səmədzadə bunların nəticə etibarı ilə iki dövlət və xalq arasında səmimi yaranan əməkdaşlıq, tərəfdaşlıq münasibətlərində konkret əksini tapdığını sözlərinə əlavə edib.

Komitə sədri bildirib ki, ötən əsrin 90-ci illərini nəzərə almasaq, böyük öndər Heydər Əliyevin ikinci hakimiyyəti dövründə və onun siyasətinin layiqli davamçısı ölkə prezidenti İlham Əliyevin son 15 illik hakimiyyəti dönəmində Rusiyayla münasibətlər nəinki normallaşdırılıb, hətta, müttəfiqlik münasibətlərinə qədər inkişaf etdirilib:

“Təbii ki, münasibətlərin belə bir səviyyəyə yüksəlməsində Heydər Əliyev və İlham Əliyevlə yanaşı, Rusiya prezidenti Vladimir Putinin də xidmətləri böyükdür. Artıq bu liderlər arasında əsl dostluq və müttəfiqlik münasibətləri var”.

Sonra səfər çərçivəsində iqtisadi, neft-qaz, hərbi-texniki, humanitar və digər sahələrdə münasibətlərin inkişafına dair müzakirələrin diqqət mərkəzində olduğunu deyən komitə sədri əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın böyük potensialı var:

soci

“Rusiya Prezidentinin qeyd etdiyi kimi, ötən ilin yekununa görə Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib. Məhz bunun-bu işlərin məntiqi davamı kimi də, Soçidə  növbəti çox önəmli sənədlər imzalandı. Konkret  şəkildə qeyd etməli olsaq,  “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında “Qoşadaş” blokunun və Xəzər dənizi təkinin Azərbaycan hissəsində yerləşən Abşeron yarımadasının dayazsulu şimal hissəsinin neft və qaz potensialının birgə öyrənilməsi haqqında Saziş”, “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Kontrakt”, “Azərbaycanda “QAZ” kommersiya avtomobilləri milli yığma istehsalının inkişafı sahəsində əməkdaşlıq haqqında Saziş”, “Kiçik və orta sahibkarlığın inkişafı üzrə Federal Korporasiya” Səhmdar Cəmiyyəti ilə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” Publik Hüquqi Şəxs arasında qarşılıqlı anlaşma haqqında Memorandum çərçivəsində tədbirlərin reallaşdırılması üzrə Yol Xəritəsi”, “Qazprombank” Səhmdar Cəmiyyəti, “Rusiya İxrac Mərkəzi” Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Rusiya Federasiyasından ixracın dəstəklənməsi sahəsində layihələrin birgə reallaşdırılması çərçivəsində strateji əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında malların hava nəqliyyatı ilə daşınması sahəsində gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokol”, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında rəqəmsal nəqliyyat sistemləri sahəsində əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında Saziş”, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında daşınmaz əmlak hüquqlarının qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlıq haqqında Saziş”, “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 2024-cü ilədək əməkdaşlıq Proqramı” imzalandı. Hesab edirəm ki, hər iki dövlət və xalq bu sənədlərin müsbət töhfələrini çox yaxın illərdə öz həyatlarında, öz iqtisadi inkişaflarında hiss edəcəklər”.

İLHAM-İLYA

Z. Səmədzadə eyni zamanda, İ. Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikirlərdən sitat gətirərək qeyd edib ki, səfər çərçivəsində müzakirə edilmiş və razılaşdırılmış məsələlər, iqtisadi əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yol xəritələri ölkələrimiz arasında onsuz da dinamizmi ilə fərqlənən əmtəə dövriyyəsini daha da artırmağa imkan verəcək.

Komitə sədri Soçi görüşündə müzakirə mövzusu olan ən önəmli məqamlardan biri kimi, Qarabağ münaqişəsinin tənzimlənməsi ilə fikir mübadiləsinin aparılmasını qeyd edib. Bildirib ki, ümumiyyətlə, Rusiya-Azərbaycan münasibətləri regional təhlükəsizlik baxımından da mühüm əhəmiyyətə malikdir. Hər iki ölkə regional təhlükəsizlik və əməkdaşlığa xüsusi diqqət yetirir, bu prosesə əhəmiyyətli töhfələr verir.

1488451229_ziyad-s-str-7-8

“Səfər zamanı regional təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsi də diqqət mərkəzində oldu. Şübhəsiz ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində mühüm rol oynayır.  Azərbaycan prezidenti də bəyanatında təsadüfi olaraq demədi ki, Rusiya, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi tənzimləmə işində mühüm rol oynayır. O, “Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz ümid edirik ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək”-deyərək, münaqişənin sülh, danışıqlar yolu ilə həllinə  Rusiyanın böyük töhfələr verə biləcəyinə bir daha diqqət yönəltdi. Hesab edirəm ki, bunlar da nəticəsiz qalmayacaq, münaqişənin tənzimlənməsində öz rolunu oynayacaq…”-deyə, komitə sədri vurğulayıb.

Sonra İ. Əliyevin Qırğız respublikasına səfərinə, Çolpon-Ata şəhərinin Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitində iştirakına toxunan komitə sədri bunun da böyük iqtisadi, siyasi və mədəni əhəmiyyət kəsb  edən hadisə olduğunu bildirib.

kirqiz-ilya-8

“Tarix, reallıqlar, ərtafımızda və dünyamızda yaşanan hadisələr, bir-birini sürətlə əvəzləməkdə olan proseslər türk dövlətlərinin də əməkdaşlıq, strateyi müttəfiqlik münasibətləri zəruri və diktə edir. Bu, qaçılmaz və qarşısıalınmaz bir prosesdir. Heç kim, heç bir qüvvə bunun qarşısını əngəlləyə bilməz. Bu dövlətlər, bu xalqlar dil, din, kök birliyinə bağlıdırlar. Eyni köklərdən qidalanıblar, rişələniblər. Onlar bir-birinə qırılmayacaq sıx tellərlərlə bağlıdırlar. Odur ki, türk dövllətlərinin bütün sahələrdə, bütün məsələlərdə birliyi, inteqrasiyası vacibdir və lazımlıdır. Çox sevindiri haldır ki, bu inteqrasiya, türk dövlətlərinin birliyi yolunda da ötən illər ərzində böyük addımlar atılıb, çox böyük məsafələr qət olunub. Bu sırada “TÜRKSOY”un, TÜRKPA-nın və nəhayət, TDƏŞ-in fəaliyyətini  xüsusi qeyd etmək olar. Bunlar çox önəmli formatlardır. Bu sıraya gələcəkdə yenilərinin də əlavə edilməsi gözləniləndir və mütləqdir”.

Komitə sədri qeyd edib ki, TDƏŞ-in fəaliyyətinin əsas məqsədi də türk dövlətləri arasında hərtərəfli əməkldaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır.

kirqiz-nahar

“Xatırladım ki, təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində  Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi  üzvləridir. Həmçinin, TDƏŞ 1992-ci ildən etibarən keçirilən türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərindən qaynaqlanan ümumi siyasi iradənin nəticəsi olaraq yaranıb.Belə ki, 2010-cu ildə İstanbulda keçirilən 10-cu Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyi fəaliyyətə başlayıb.  Türk Şurası təsis edildikdən sonra isə zirvə görüşləri “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşləri” olaraq adlandırılır. Təşkilat yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum və Astana olmaqla beş zirvə görüşü keçirilib. İndi isə qardaş Qırğız respublikası 6-cı Sammitə evsahibliyi edir. Sammitin açılışında çıxış edən TDƏŞ-in hazırkı sədri, Qazaxıstan trezidenti Nursultan Nazarbayev tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Qırğız prezidentinə minnətdarlığını bildirərək, deyib ki,  sammitdə Özbəkistan və Macarıstanın da iştirak etməsi təşkilatın fəaliyyətinin genişlənməsinin və həmrəyliyin gücləndirilməsinin göstəricisidir. Onun sözlərinə görə, TDƏŞ-in fəaliyyətinin güclənməsi ortaya çıxan hədəflərə nail olunmasına mühüm töhfə verəcək. Bundan sonra  sonra Qırğız prezidenti Sooronbay Jeenbekov, Azərbaycan prezidenti İlham Əliyev və digər dövlət və hökumət başçıları çıxış ediblər. Azərbaycan prezidenti çıxışında bir çox önəmli məqamlara toxunaraq, bu təşkilatın əhəmiyyətinə diqqət yönəldib, onun fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Bütün bunlar onu göstərir ki, TDƏŞ türk dövlətləri arasında münasibətlərə töhfə verməklə yanaşı, dünyada  da sülhün, təhlükəsizliyin, əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfələrini verəcək…”-deyə, Z. Səmədzadə sonda bildirib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Çolpon-Atada Türk dövlətləri başçılarının şərəfinə rəsmi ziyafət – FOTO

Read Next

İlham Əliyevin Qırğız respublikasına səfəri başa çatdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir