Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dekabrın 23-də Gənclər və İdman Nazirliyində (GİN) Uşaq Gənclər Futbol Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib.
Nazirliyin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, seçkidə gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İsmayıl İsmayılov, AFFA-nın baş katibi Elxan Məmmədov, Milli Məclisin deputatı Rauf Əliyev və digər şəxslər iştirak ediblər.
Azad Rəhimov uşaq futbolunun inkişafının önəmindən danışaraq qeyd edib ki, ölkəmizdə yeniyetmələr və gənclər arasında futbola maraq hər zaman yüksək səviyyədədir. Bu səbəbdən uşaq futbolunun inkişafı mühüm əhəmiyyət daşıyır.
Sonra səsvermə keçirilib və Rauf Əliyev Uşaq Gənclər Futbol Federasiyasının prezidenti seçilib.
Etikxeber.az