Komitə sədri bəzi həkimləri əxlaqsız və vicdansız adlandırdı…

Azərbaycanda hazırda müalicəsi mümkün olmayan xəstəlik, patologiya yoxdur.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin sentyabrın 25-də keçirilən iclasında komitə sədri, akademik  Əhliman Əmiraslanov deyib.

Komitə sədri  bildirib ki, istər maddi-texniki baza, istərsə də kadr potensialı buna imkan verir.

ahliman-1

“Biz Azərbaycanda bütün xəstəlikləri müalicə edə bilərik. Bəzən insanları düzgün istiqamətləndirmirlər. Təəssüflər olsun ki, bəzi hallarda bunu xəstəxanalar edir. Əvvəllər Azərbaycan texnologiyalar sahəsində geri qalırdı, bu gün isə belə hal yoxdur. Amma elə xəstəliklər var ki, bəşəriyyət, təbabət elmi onun qarşısında acizdir. Belə xəstəliklərin daşıyıcılarını yanlış istiqamətləndirmək əxlaqsızlıqdır, vicdansızlıqdır. Elə olur ki, həmin adamlar evlərini satırlar, xarici ölkələrdə müalicə alırlar, amma nəticə olmur”-deyə, komitə sədri sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Daha kimlərə diplomatik pasportlar veriləcək?

Read Next

Deputatdan tibbi maariflənmə, sonsuzluq və koxlear implantasiya ilə bağlı önəmli təkliflər…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir