Komitə sədri MDB PA-nın iclasına qatılacaq…

Milli Məclisin (MM)  Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının  (MDB PA) Sosial siyasət və insan hüquqları  daimi komissiyasının iclasında iştirak etmək üçün oktyabrın 20-də   Rusiya Federasiyasının  Sankt-Peterburq  şəhərinə səfərə gedəcək.

Etikxeber.az xəbər verir ki, A. Rəhimzadənin sədrliyi ilə keçiriləcək tədbirdə IV Sankt-Peterburq  Beynəlxalq  əmək  Forumuna hazırlıqla bağlı fikir mübadiləsi, model Əmək və Miqrasiya məcəllələri, “Qaçqınlar  haqqında”, “MDB-yə üzv ölkələrdə sağlamlığın qorunması ilə bağlı  uşaqların hüquqlarının  təmin edilməsi  haqqında” ,“Psixiatrik  yardım və onun vətəndaşlara göstərilməsinin təminatı haqqında”, “Orqan donorluğu haqqında” model qanun layihələri, habelə “Vətəndaşların hüquqi statusu ilə bağlı məlumatların  əldə edilməsi haqqında” tövsiyə xarakterli sənədlər müzakirə olunacaq.

İclasda təşkilati məsələlərə də baxılacaq.

Toplantıda Arif Rəhimzadə MDB-nin perspektiv model qanunvericilik planının 2016-2020-ci illər üzrə yekunları və  2020-2022-ci illər üzrə verilən təkliflər  barədə və digər mövzularda məruzə edəcək.

Səfər oktyabrın 23-də başa çatacaq.

Etikxeber.az

Read Previous

“Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir” – XİN

Read Next

“Din xadimləri sosial mediada fəal olmalıdır…” – SƏYYAD ARAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir