Komitə sədri xəbərdarlıq etdi: “Dünyada baş verən arzuolunmaz proseslər hamımızın gözü önündədir”

“Bu gün Azərbaycan gəncliyinin səsi dünyanın ən mötəbər tribunalarından gəlir. Azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində təhsil alır, idmançılarımız mötəbər yarışlarında qələbə qazanırlar. Belə güclü, hər zaman dövlətinin yanında olan gənclik, heç şübhəsiz ki, müstəqil Azərbaycanın təhlükəsizliyinin təminatçıdır“.

Etikxeber.az xəbər verir ki, bu fikirlər Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovun Azərbaycan gəncliyinə müraciətində əksini tapıb.

Azərbaycan gəncliyinin bütün dövrlərdə dövlətçiliyimizin qorunmasında, ölkəmizin təhlükəsizlik və milli məsələlərində fəal rol oynadığını vurğulayan komitə sədri gənclərimizin bu ilin aprel hadisələrində Vətəninə, dövlətinə nə qədər bağlı olduğunu öz əməli ilə sübut etdiyini diqqətə çatdıraraq bildirib: “Müstəqillliyimizin bərpasından ötən 25 illik dövrdə vətənpərvər, milli mənəvi dəyərlərimizə sadiq, savadlı gənclər formalaşıb. Bütün bunlar isə birbaşa ümummilli lider Heydər Əliyev siyasəti və bu kursun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Biz müstəqil Azərbaycan gəncliyi ilə qürur duyuruq”.

Həmçinin bildirib ki, bəzi qüvvələr ölkəmizin inkişafını, Azərbaycan gəncliyinin dövlətinə sədaqətini qəbul edə bilmir. “Xaricdə və daxildə olan belə qüvvələr müxtəlif üsullarla dövlətimizə qarşı həm gizli, həm də açıq şəkildə fəaliyyət göstərirlər. Hətta, bəzən dövlətimizi təhdid etməkdən belə çəkinmirlər. Ancaq heç bir qüvvə Azərbaycan dövlətini sarsıda bilməz. Çünki bu dövlətin dayağı Azərbaycan xalqı və onun öz inamını ifadə etdiyi lideridir. Bu dövlət etibarlı əllərdədir” – deyə, F.Muradov əlavə edib.

Vaxtilə Azərbaycanda müxtəlif cinayətlər törədən və sonradan bunun cavabını verə bilməyəcəklərini hiss edib xaricə qaçan nankorların gənclərimizi tutduqları yoldan yayındırmağa, dövlətimizi zəiflətməyə çalışdıqlarının qeyd olunduğu müraciətdə bildirilib: “Bu qüvvələrin ölkəmizin düşmənləri ilə eyni mövqedən çıxış etməsini görən Azərbaycan gəncliyi onların çağırışına hər zaman olduğu kimi, indi də məhəl qoymayacaq, bundan sonra da dövlətimizi dəstəkləyəcək, ölkəmizin daha da inkişaf etməsi, ərazi bütövlüyünün bərpa olunması üçün çalışacaqlar”.

F. Muradov gəncliyə müraciət etməsinin səbəbini açıqlayaraq bildirib: “Dünyada baş verən arzuolunmaz proseslər hamımızın gözü önündədir. Hər gün qan axıdılır, dinc insanlar qətlə yetirilir. Ancaq Azərbaycan Prezidentinin yürütdüyü siyasət nəticəsində bu gün ölkəmiz dünyanın ən sabit, təhlükəsiz dövlətləri sırasındadır. Bunu gəncliyimiz də yaxşı bilir, dərk edir. Əldə olunan nailiyyətləri birlikdə qorumaq hər birimizin Vətəndaşlıq borcudur. Qarşıdan Azərbaycanın həyatında çox müsbət rol oynayacaq hadisə – referendum gəlir. Tam əminəm ki, gənclərimiz hər zaman olduğu kimi, bu məsələdə də öz sözünü deyəcək, xaqımıza, dövlətimizə qarşı olan çağırış sahibləri isə bir daha iflasa uğrayacaqlar”.

Etikxeber.az

Read Previous

Paralimpiya Oyunlarında Azərbaycan medal sayında 19-cu yerə yüksəldi

Read Next

Prezident Qusarda çoxmənzilli binaların əsaslı təmirinə 3 milyon manat ayırıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir