Komitə sədri Zamiq Əliyevlə görüşdü VƏ TƏBRİK ETDİ…-FOTOLAR

Mədəniyyət komitəsinin sədri, professor Qənirə Paşayeva tanınmış tarzən, Xalq artisti Zamiq Əliyev ilə görüşüb.

Etikxeber.az-ın xəbərinə görə, Q. Paşayeva Mədəniyyət komitəsi adından musiqi sənətimizin inkişafında əvəzsiz xidmətləri olan Z. Əliyevi doğum günü və yubileyi münasibəti ilə təbrik edib.

Eyni zamanda, geniş fikir mübadiləsi aparılıb.

Q.Paşayeva Z. Əliyevi bundan sonrakı yaradıcılığında da uğurlar diləyib.

Komitə adından Z. Əliyevə ünvanlanan təbrik məktubunda isə qeyd olunur:

“Azərbaycan Respublikasının Xalq artisti Zamiq Əliyevə

Hörmətli, Zamiq müəllim!

Siz Azərbaycan milli musiqi sənətinin inkişafında əvəzsiz xidmətləri olan dəyərli sənətkarımızsınız. Sizin milli alətimiz olan tarın ifaçılıq sirlərinin gənc nəslə ötürülməsində, onların tarzən kimi yetişməsində böyük əməyiniz vardır.

Sizi yubileyiniz münasibətilə Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri adından səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, səadət, firavanlıq və mədəniyyətimizin inkişafı yolundakı fəaliyyətinizdə daha da böyük uğurlar diləyirik”.

Etikxeber.az

Read Previous

“Gələcəkdə də ünvanlı dövlət sosial yardımı ilə bağlı daha növbəti yumşaldıcı addımların şahidi olacağıq”-MİLLƏT VƏKİLİ

Read Next

“Hücum diplomatiyası növbəti dəfə işğalçı Ermənistana ciddi zərbə vurdu…”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir