Komitə sədrinin müavini AŞPA-nın komitə iclaslarına qatılacaq

Milli Məclisin (MM) deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının (AŞPA)  Bərabərlik və qeyri-diskriminasiya, miqrasiya komitələrinin iclaslarında iştirak etmək üçün iyunun 3-dən 6-dək Fransada səfərdə olacaq.

Parlamentin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, Parisdə keçiriləcək iclaslarda Suriyaya qonşu ölkələrdə qaçqınların humanitar vəziyyəti, yeni texnoloji vasitələrdən miqrantların xeyrinə istifadənin əsasları, Avropada diaspor təşkilatlarının fəaliyyəti, uşaqlara qarşı zorakılıqla mübarizə və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

sahibaaaa

Millət vəkili müzakirə olunan məsələlərə öz münasibətini bildirəcək.

Daha sonra S. Qafarova Almaniyanın İqtisadi Əməkdaşlıq və Federal Nazirliyinin dəstəyi ilə “Cənubi Qafqazda yerli özünüidarəetmə proqramı” çərçivəsində təcrübə mübadiləsi toplantısında iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanaya səfər edəcək.

Etikxeber.az

Read Previous

“Nəyi gözləyirlər?” – DEPUTAT

Read Next

“Təmiz hava Az.Tv-yə də gedib çatsaydı…” – MİLLƏT VƏKİLİ YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir