Komitələrdə büdcə müzakirələri başa çatdı.. – FOTO – YENİLƏNİB – (3)

Arif RƏHİMZADƏ: “Bəzi bələdiyyələr çətinliklər yaşayırlar. Əgər dotasiyalar artırılarsa, bələdiyyələrin problemləri aradan qaldırıla bilər…”

Bu gün parlament komitələrində 2020-ci ilin büdcə müzakirələri başa çatır.

Etikxeber.az-ın xəbərinə, büdcə zərfi ilə sonuncu müzakirələr Milli Məclisin (MM) İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu , Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman komitələrinin birgə iclasında keçiriləcək.

bahar-budce

Komitələrin birgə iclasına MM sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova sədrlik edəcək.

Büdcə müzakirələrində adıçəkilən komitələrin üzvləri ilə yanaşı hökumət rəsmiləri-Maliyyə naziri Samir Şərifov və digərləri iştirak edəcəklər.

budca-mm-2

Büdcə ilə bağlı öncə S.Şərifovun məlumatı dinləniləcək, sonra onun ətrafında müzakirələr açılacaq, millət vəkilləri öz təkliflərini, fikirlərini, iradlarını səsləndirəcəklər.

samad-metbuat kon-foto

eli_huseynli_esas_55

ulvi

arif-rehimzade2-960x603

Millət vəkillərinin irad və təklifləri cavablandırıldıqdan sonra büdcə zərfi MM-in plenar iclasına tövsiyə olunacaq.

Bununla da büdcə ilə bağlı komitələr çərçivəsində müzakirələr başa çatmış olacaq.

Gələn həftə, noyabrın 12-14-ü tarixlərində isə parlamentin plenar iclaslarında büdcə müzakirələri aparılacaq.

Sonda hökumətə 10 gün vaxt veriləcək və həmin dövrdə büdcə ilə bağlı təkliflər və iradlar nəzərdən keçiriləcək, məqbul olanları nəzərə alınacaq.

Daha sonra parlamentin növbəti plenar iclasında büdcənin son variantı səsverməyə çıxarılacaq, qəbul olunacaq və imzalanması üçün ölkə Prezidentinə göndəriləcək.

Qeyd edək ki, 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 484,0 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və ya 5,7 faiz çoxdur. Həmçinin, 2020-ci ildə dövlət büdcəsinin xərcləri 25 milyard 617,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 427,7 milyon manat çoxdur.

Eyni zamanda qeyd edək ki, komitələr çərçivəsində budcə müzakirələri ilk dəfədir parlament jurnalistlərinin geniş iştirakı olmadan keçirilir.

***

Adları çəkilən 5 komitənin birgə iclasında sonuncu büdcə müzakirələrinə başlanılıb.

***

İclasa sədrlik edən vitse-spiker B. Muradova bildirib ki, proqnozlaşdırılan büdcə gələn il qarşımızda duran vəzifələrin öhdəsindən gəlməyə imkan verəcək: “Əhaliyə ödənişlərin məbləği artacaq, eləcə də büdcəyə daxilolmaların həcmi çoxalacaq”.

Vitse-spiker büdcə layihəsinin başlıca iqtisadi sənəd olaraq 2020-ci ildə həyatın müxtəlif istiqamətlərini əhatə edəcəyini, dünya və ölkə iqtisadiyyatında gözlənilən meyillərin təhlilinə uyğun hazırlandığını vurğulayıb. B. Muradova onu da diqqətə çatdırıb ki, 2020-ci ilin büdcəsi Azərbaycanın müstəqillik tarixində ən irihəcmli büdcədir.

***

Maliyyə naziri S. Şərifov çıxışında bildirib ki, 2020-ci ildə gömrük orqanları vasitəsilə dövlət büdcəsinə 4 milyard manat vəsaitin daxil olması gözlənilir. Növbəti il bir çox sahələrdə xərclər də artacaq. Nazir qeyd edib ki, 2020-ci ilin dövlət büdcəsi layihəsində icbari tibbi sığortanın yeni mərhələsinə dair məbləğ nəzərdə tutulur: “Gələn il üçün bu illə müqayisədə elm, təhsil, mədəniyyət, hüquq-mühafizə, gənclər siyasəti və digər sahələrə daha çox məbləğ ayrılıb. Büdcə layihəsində əhalinin aztəminatlı təbəqəsinin sosial təminatının yaxşılaşdırılması üçün ehtiyac meyarının və yaşayış minimumunun artırılması nəzərdə tutulur”.

“2020-ci ilin dövlət büdcəsi layihəsi yeni vahid büdcə təsnifatına əsasən tərtib edilmiş ilk büdcədir. Növbəti ildən qüvvədə olacaq təsnifat dövlət maliyyəsinin beynəlxalq metodologiyaya uyğunlaşması istiqamətində uğurlu addımlardan biridir”.

Bu sözlər isə  Hesablama Palatasının sədri Vüqar Gülməmmədova məxsusdur.  V. Gülməmmədov qeyd edib ki, növbəti il həm mərkəzləşmiş, həm də yerli gəlirlərdə artım proqnozlaşdırılır.

***

Büdcə ətrafında açılan müzakirələr zamanı komitə üzvləri də  öz təklif və iradlarını səsləndiriblər.

MM-in Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, gələn ilin büdcəsindən bələdiyyələrə ayrılan vəsait artıb:“Ölkəmizdə 1606 bələdiyyənin olduğunu deyən komitə sədrinin sözlərinə görə, bələdiyyələrə büdcədən vəsait ayrılarkən həmin ərazilərdə yaşayan əhalinin sayı nəzərə alınmır. Yəni, bələdiyyələrə eyni həcmdə vəsait verilir. Ona görə də bəzi bələdiyyələr çətinliklər yaşayırlar. Əgər dotasiyalar artırılarsa, bələdiyyələrin problemləri aradan qaldırıla bilər”.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov xaricdə erməni lobbisini dəstəkləyən qüvvələrin Azərbaycana qarşı hücumlarının sayının artdığını deyib. Komitə sədri onların susdurulması istiqamətində görüləcək işlərdən, xarici ölkələrə səfərlərin sayının artırılmalı olmasından danışıb. O, bu sahədə xərclərin artırılmasına zərurət olduğunu vurğulayıb.

Deputatlardan Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev, Qənirə Paşayeva, Tahir Kərimli, Çingiz Qənizadə, Flora Qasımova, Sona Əliyeva, Nəsib Məhəməliyev, Hikmət Məmmədov çıxış edərək fikir və təkliflərini səsləndirdilər.

Müzakirələr zamanı İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova da müxtəlif təkliflərlə çıxış edib. Ombudsmanın fikrincə, ölkədə zorakılıq qurbanları olmuş qadınlar üçün regional mərkəzlər tikilməsinə, bununla bağlı sosial çarxlar, maarifləndirici proqramların hazırlanmasına ehtiyac var. Həmçinin ölkədə mövcud olan psixiatriya mərkəzlərinin yenidən qurulması və yenilərinin tikilməsi, tələbə yataqxanalarının inşa olunması zərurəti yaranıb.

Müzakirələrin sonunda büdcə zərfi plenar iclasa tövsiyə olunub və bununla da komitələrdə büdcə müzakirələrinə yekun vurulub.

K.HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Daha bir Şəhid verdik…

Read Next

“Azərsu” yolu qazdı, təmir etmədi və getdi”…” – QORXMAZ HÜSEYNOV – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir