“Kommersiya məhkəmələri sahibkarlıqla bağlı bütün məsələlərə baxmalıdır…” – DEPUTAT

Məhkəmələrlə bağlı qanun layihəsi birinci oxunuşdan keçdi, yeni qanun layihəsi gəlir

Prezidentin fərmanına əsasən, yeni iqtisadi məhkəmə gömrük, vergi, sığorta ödənişləri kimi məsələlərə baxmalı idi.

Etikxeber.az  xəbər verir ki, bunu iyunun 13-də Milli Məclisin (MM) növbədənkənar sessiyasının iclasında millət vəkili Qüdrət Həsənquliyev “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı bildirib.

meclissssss

Q.Həsənquliyev qeyd edib ki, yenə də gömrük və vergi məsələlərinə inzibati məhkəmələr baxacaq: “Deməli, yeni bir dəyişiklik olmayacaq. Niyə vergi, gömrük, məcburi dövlət sığortasına kommersiya məhkəmələri baxmasın? Kommersiya mübahisələrinin də əhatə dairəsi dəqiqləşdirilməlidir. Deməli, sahibkarlar bundan sonra həm ümumi məhkəmələrə, həm inzibati məhkəmələrə, həm də kommersiya məhkəmələrinə müraciət edəcək. Niyə 3 məhkəməyə müraciət olmalıdır? Bütün bu məsələlərə bir məhkəmə – kommersiya məhkəməsi baxmalıdır. Tahir Kərimli kommersiya məhkəmələrinin adının iqtisadi məhkəmələr olmasını təklif etdi. Yeni məhkəmə yaradıldığı üçün adı kommersiya məhkəmələri də ola bilər. Ancaq kommersiya məhkəmələri sahibkarlıqla bağlı bütün məsələlərə  baxmalıdır. İnanıram ki, növbəti oxunuşa qədər bu məsələyə baxılacaq”.

Deputat Rəşad Mahmudov isə müzakirələr zamanı təcili tibbi yardım maşınlarının personalına edilən zorakılığın cinayət məsuliyyəti kimi qiymətləndirilməsini təklif edib. Deputat məsələnin qısa müddət əzrində həllinin tapılmasının labüdlüyünü qeyd edib: “Bu hallar vaxtilə ölkədə baş verib. Nəzərə çatdırım ki,  tibb personalına qarşı zorakılıq psixoloji amildir. Bu, sadəcə həkimlərin qorunması deyil, həm də Azərbaycan  vətəndaşlarının sağlamlığının qorunması məsələsidir”.

MM-in Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov  öz növbəsində qeyd edib ki, həkimlərin və pasiyentlərin hüquqlarının qorunması ilə bağlı yeni qanun hazırlanır: “Bununla bağlı dinləmələr keçiriləcək. Həmin qanunda deputatın fikirləri öz əksini tapacaq”.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Heydər Əliyev xalqımızı acı tale yaşamaqdan xilas etdi – ƏLİ ƏHMƏDOV YAZDI

Read Next

15 iyundan başlanan yol: Modern və model Azərbaycan! – KAMİLƏ ƏLİYEVA YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir