Kommersiya məhkəmələri yaradılır…

İyunun 4-də Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.

Etikxeber.az  xəbər verir ki, jurnalistlərin geniş iştirakı olmadan keçirilən iclasda adıçəkilən komitənin sədri Əli Hüseynli gündəliyə dörd məsələnin daxil olduğunu bildirib.

Əvvəlcə “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunub.

Qeyd edilib ki, qanuna bir sıra texniki dəyişikliklər, həmçinin “Kommersiya məhkəmələri” adlı VIII-I fəslin əlavə edilməsi təklif olunur.

“Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən 46.1-ci maddəyə əsasən isə kommersiya məhkəmələri birinci instiasiya məhkəməsi kimi qaununla səlahiyyətlərnə aid edilmiş komersiya mübahisələrinə dair işərə baxır.

Kommersmyianı məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini,təcürübəsini öynəir və ümumiləşdirir, ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

Kommersiya məhkəməsin sədr və hakimlərdən idarət olacaq. Kommersiya məhkəməsində 12 və daha çox hakim ola bilər. Kommersyia məhkəməsində sədr müavini vəzifəsi təsis edilir. Hakimlərin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyən edilir.

İclasda, həmçinin Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirə olunub.

Qanun layihələri sonda MM-in plenar iclasına tövsiyə edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Növbədənkənar iki iclasda hansı məsələlərin müzakirəsi gözlənilir?

Read Next

“Sənayesi olmayan ölkə mədəni ölkə sayıla bilməz” – VAHİD ƏHMƏDOV YENƏ SƏRT DANIŞDI – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir