Kommersiya məhkəmələri yaradılır, məhkəmələrin adları dəyişdirilir – YENİLİK

İyunun 13-də Milli Məclisin (MM)  növbədənkənar sessiyasının ilk plenar iclasında “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunub.

Etikxeber.az-ın məlumatına görə, bu haqda MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Qeyd edib ki, qanuna bir sıra texniki dəyişikliklər, həmçinin, “Kommersiya məhkəmələri” adlı VIII-I fəslin əlavə edilməsi təklif olunur.

Qeyd edək ki, kommersiya məhkəmələri birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işərə baxır. Kommersiya məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, təcürübəsini öyrənir və ümumiləşdirir, ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

Kommersiya məhkəməsi sədr və hakimlərdən idarət olacaq. Kommersiya məhkəməsində 12 və daha çox hakim ola bilər. Kommersiya məhkəməsində sədr müavini vəzifəsi təsis edilir.

Hakimlərin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyən ediləcək.

Həmçinin, qanuna edilən dəyişikliyə əsasən,  Azərbaycanda mövcud olan yeddi inzibati-iqtisadi məhkəmənin hamısı inzibati məhkəmə adlandırılacaq.

Belə ki,  bundan sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi inzibati məhkəmələr adlandırılacaq.

Yəni təklif edilən dəyişikliklə mövcud qanunun 42-ci maddəsinin (İnzibati-iqtisadi məhkəmə) adından və bəndlərindən “İqtisadi” sözü çıxarılır.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Əcnəbilərə güzəştlər nəzərdə tutulur – MİQRASİYA MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİK EDİLİR

Read Next

Heydər Əliyev xalqımızı acı tale yaşamaqdan xilas etdi – ƏLİ ƏHMƏDOV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir