Konfliktli ailələrdə uşaqlar zəif, iradəsiz uşaqlar kimi böyüyürlər – AQİYƏ NAXÇIVANLI

Komitə sədri: Boşanmalarda artım müşahidə olunur

Mayın 23-də  Milli Məclisdə (MM) ailə məsələlərinə həsr olunmuş ictimai müzakirələr başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, MM-in Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən təşkil edilən “Azərbaycan ailə modeli: müasirlik və dəyərlər” mövzusunda ictimai müzakirələrdə millət vəkilləri ilə yanaşı bir sıra dövlət qrurmlarının, o cümlədən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Daxili İşlər Nazirliyinin (DİN), Qeyri-Hökumət Təşkilatlarının (QHT) təmsilçiləri iştirak edirlər.

MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, Azərbaycanda ailə məsələlərinin dövlət siyasəti səviyyəsinə qaldırılması mərhum dövlət başçısı Heydər Əliyevin adı ilə bağlıdır.

O, qeyd edib ki, ölkədə ailə institutunun qorunub-saxlanılması, mill-mənəvi dəyərlərin yaşadılması istiqmətində Heydər Əliyev siyasətinin davamçısı ölkə Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva tərəfindən çox mühüm addımlar atılıb və atılmaqdadır.

Azərbaycanda ailə dəyərlərinə böyük üstünlük  və əhəmiyyət verildiyini deyən komitə sədri bu yöndə qanunvericilik bazasının formalaşdırıldığını, 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunduğunu bildirib.

aqiye-deputat

O, bununla yanaşı, Azərbaycanda boşanmaların və erkən nikahların ciddi problem olaraq qaldığını söyləyib:

“Ailələrdə boşanmaların sayında artım özünü göstərir. Rəsmi rəqəmlər də ciddi narahatlıqlar üçün əsas yaradır”.

Komitə sədri deyib ki, konflikli ailələrdə uşaqlar zəif, iradəsiz uşaqlar kimi böyüyürlər.

A.Naxçıvanlı erkən nikahlarda və boşanmalarda dini kəbinlərin və qeyri-rəsmi nikahların “böyük” rol oynadığını da sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Azərbaycan ailə modeli: müasirlik və dəyərlər” mövzusunda dinləmələr başlayır…

Read Next

Ən çox müraciətlər ailmentlərlə bağlı müraciətlərdir – DÖVLƏT KOMİTƏSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir