Konqres Trampın prezidentliyini təsdiqlədi – YENİLƏNİB

Bu gün ABŞ Konqresi ölkədə  keçirilən prezident seçkiləri ilə bağlı yekun mərhələyə baxaraq, seçicilərin  səsverməsinin nəticələrini təsdiq edəcək.
Etikxeber.az “rosbalt”-a istinadən xəbər verir ki, bu gün Senatın prezidenti Cozef  Baydenin ( bu şəxs eyni zamanda vitse-prezidentidir-red.) sədrliyi ilə  Senat və Nümayəndələr Palatasının üzvləri bir araya gələrək, seçki prosesi ilə bağlı məlumat verəcək.
Müzakirələr zamanı hər hansı sürpriz gözlənilmir. Ancaq bununla belə, əgər prezidentliyə namizədlərdən hər hansı biri lazım olan 270 səsi toplamayacağı təqdirdə, ABŞ Konstitusiyasına uyğun olaraq  Nümayəndələr Palatası prezidenti və vitse-prezidenti seçəcək.
Konqresdə səsvermə prosesi yekunlaşdıqdan sonra ABŞ-da iki həftə fasilə verilir və yanvarın 20-də Ağ Evdə  qalib şəxsin inauqurasiyası keçirilir.
ABŞ qanunvericiliyinə görə,  prezident seçkiləri zamanı xalq səsverməsi noyabrın 8-də keçirilib, dekabrın 19-da isə  seçicilər öz ştatlarında toplaşaraq  seçkinin nəticələrini təsdiqləyiblər.
Konqres isə dekabrın 19-da təsdiq edilən nəticələrə bir daha baxaraq, bu gün onu  təsdiqləyəcək.
***

ABŞ Konqresi 8 noyabr prezident seçkilərinin nəticələrini təsdiqləyib.

Respublikaçılar partiyasının namizədi Donald Tramp seçkilərin qalibi elan edilib.

Seçici kollegiyası üzvlərinin səsverməsi Senat və Nümayəndələr Palatasının birgə iclasında baş tutub. Donald Tramp 304,  onun rəqibi Hilları Klinton isə 227 səs toplayıb.

M.B
Etikxeber.az

Read Previous

FİFA alternativ mükafat təsis etdi

Read Next

ABŞ-da silahlı insident baş verdi – ölənlər və yaralananlar var – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir