Konstitusiya Məhkəməsi Prezidentin səlahiyyətlərini dayandırdı- MOLDOVA DA “QARIŞIR”?

Moldovanın Konstitusiya Məhkəməsi Prezident İqor Dodonun səlahiyyətlərini müvəqqəti dayandırıb. Məhkəmə bu barədə yanvarın 2-də hakim koalisiyadan olan bir qrup deputatın sorğusu üzrə qərar qəbul edib.

dodon-4

Etikxeber.az İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, məhkəmənin qərarı Dodonun ötən həftə Baş nazir tərəfindən təklif olunan beş nazirin və baş nazirin iki müavininin namizədliyini təkrarən rədd etməsinə əsaslanır. Ölkə qanunvericiliyinə görə, prezident namizədlikləri yalnız bir dəfə qəbul etməmək hüququna malikdir.

dodon-1

Konstitusiya Məhkəməsi prezidentin vəzifələrinin parlament sədrinə, yaxud baş nazirə keçməsini qərara alıb. Yaxın vaxtlarda onlardan biri hökumətin yeni üzvlərinin təyin olunması haqqında fərmanları imzalayacaq.

dodon-3

Etikxeber.az

Read Previous

XİN İranda baş verən hadisələrə münasibət bildirdi

Read Next

Sona Vəliyeva, Refik Turan, TRT musiqi kanalı, “Ayla” filmi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir