“Konstitusiyası olmayan dövlət müstəqil sayıla bilməz” – MİLLƏT VƏKİLİ

12 noyabr müstəqil dövlətimizin, 28 il öncə-20-ci əsrdə ikinci müstəqilliyini əldə edən  xalqımızın tarixində çox mühüm və önəmli yer tutur.

Məhz 12 noyabr 1995-ci il tarixində müstəqil Azərbaycanın ilk Konstitusiya qəbul edildi.

Artıq müstəqil Konstitusiyamızın qəbulundan, bu tarixi hadisədən 27 il ötür.

Bəs bu sənədi aktual və vacib edən nə idi, nədir?

Əvvəla, müstəqil dövlət kimi varolmanın əsas şərtlərindən biri məhz Ana Yasa-Konstitusiyadır.

Konstitusiya olmadan  tam müstəqillik  ola bilməz, Konstitusiyası olmayan dövlət müstəqil dövlət sayıla bilməz.

İkincisi, keçmiş sovetlər dövründə Konstitusiyamız olsa da, o, formal xarakter daşıyırdı.

Müstəqilliyimizin ilk dövrlərində də  Ana Yasa finksiyasını 1991-ci ilin 18 oktyabr tarixində qəbul olunmuş tarixi Müstəqillik haqqında Konstitusiya Aktı yerinə yetirirdi.

Amma o da tam deyildi, mükəmməl, bütün insan və hüquq azadlıqlarını özündə ehtiva edən Konstitusiyaya ehtiyac duyulurdu.

Bu səbəbdən də  ikinci müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, Ulu Öndər olan Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası yaradıldı və  fəaliyyətə başladı.

1995-ci ilin iyununda Heydər Əliyevin sədrliyi ilə ilk geniş iclasını keçirən Konstitusiya komissiyası fəaliyyəti dövründə də çox gərgin və məhsuldar işlədi.

Ulu Öndər “Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, qanunvericilik, ali icra, məhkəmə hakimiyyətləri – bunların hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir”– deyərək, bir daha Konstitusiyanın müstəqil dövlət və onun inkişafı üçün nə qədər mühüm əhəmiyyət daşıdığına diqqət çəkdi.

Beləliklə, Ümummilli Liderin sədrliyi ilə Konstitusiya komissiyası tərəfindən hazırlanan layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi.

kamilla-13

Geniş müzakirələrdən sonra yekun variant 1995-ci il noyabrın 12-də  ümumxalq səsverməsi-referendum yolu ilə qəbul edildi, yəni, həmin gün müstəqil  Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul olundu.

Qeyd edək ki, dünyanın ən mükəmməl və ən demokratik konstitusiyalarından olan müstəqil Azərbaycanın ilk Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158(164) maddədən ibarətdir.

İlk tarixi Konstitusiyanın qəbulundan sonra müstəqil Azərbaycanın  ictimai-siyasi həyatında yeni mərhələ başlandı, bütün sahələrdə, hüquqi-siyasi islahatlara strat verildi.

Qısa zaman kəsiyində də mühüm nəticələr, uğurlar əldə edildi. Azərbaycan hüquqi-demokratik dövlət quruculuğu və inkişaf yolunda böyük addımlar atdı.

1996-cı ildə də 12 noyabr Heydər Əliyevin Sərəncamı ilə Konstitusiya Günü kimi rəsmi bayramlarımız sırasına daxil edildi və 23 ildir ki, bu günü Konstitusiya Günü kimi qeyd edirik.

Odur ki, bu tarixi addımla bağlı Ulu Öndərimizi bir daha minnətdarlıq hissi və şükranlıqla anır, xalqımızı, dövlətimizi 12 noyabr Konstitusiya günü ilə əlaqədar təbrik edir, inkişaf, tərəqqi, çiçəklənmə yolunda növbəti uğurlar, zəfərlər arzulayıram.

Günün mübarək olsun, Azərbaycanım!

Kamilə ƏLİYEVA,

Millət vəkili, professor, BDU-nun kafedra müdiri

Etikxeber.az

 

 

Read Previous

Payız sessiyasının sonuna kimi hansı yeni qanun layihələri müzakirələrə çıxarılacaq?

Read Next

12 noyabr Azərbaycan dövləti və cəmiyyəti üçün nə deməkdir? – MÖVQE

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir