Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Konstitusiyaya əməl et!”
Etikxeber.az xəbər verir ki, bu təkliflə Müsavat Partiyasının başqanı Arif Hacılı çıxış edib.
O, öz “Facebook” səhifəsində təklifini bu cür əsaslandırıb:
“Moskva sakini 17 yaşlı Olqa polisə Konstitusiyanı oxuyur, mahiyyəti izah edir.
Gözəl təcrübə deyilmi?
Azərbaycanda hətta öz hakimiyyətləri dövründə qəbul edilmiş qanunlara, Konstitusiyaya əməl etməyən rejim var.
Hüquqi dövlət quruculuğu uğrunda Konstitusiyanın müdafiəsi kampaniyasına başlamaq olar-“Konstitusiyaya əməl et!”.
“Müsavat” başqanının təklifinə hələlik digər müxalifət qurumlarından, o cümlədən, Milli Şuradan reaksiya gəlməyib.
Hakimiyyətin, YAP və iqtidaryönlülərin də bu çağırışa necə reaksiya verəcəyi, onu necə qarşılayacağı maraq doğurur.
Etikxeber.az