“Konstruktiv və kömək etmək niyyətli tənqidləri dinləməyə etiraz etmirik” – SƏMƏD SEYİDOV

Azərbaycan Avropa Şurasına 2001-ci ildə üzv olub. Bu vaxta qədər ölkəmiz sovet irsindən qurtulmaq üçün dövlət idarəçiliyində, məhkəmə sahəsində və iqtisadi sahədə köklü islahatlara başlayıb. Avropa Şurasına üzv olmaq açıq şəkildə ölkəmizdəki ictimai həyatın demək olar ki, hər bir sahəsini əhatə edən davamlı islahatlara böyük təkan verdi. Azərbaycan bu təşkilatın tərkibində bir sıra öhdəliklər götürdü, onları yerinə yetirmək üçün davamlı tədbirlər görülüb və onların əksəriyyəti artıq başa çatıb. Konstruktiv və kömək etmək niyyətli tənqidləri dinləməyə etiraz etmirik. Ancaq qeyd etmək istəyirəm ki, Azərbaycanda başlanan islahatların əsas məqsədi vətəndaşların müdafiəsi, eləcə də onların hüquq və əsas azadlıqlarının tam təmin edilməsidir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri  Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.

S. Seyidov bildirib ki, bu məqsədlərə nail olmaq üçün illər ərzində ardıcıl fəaliyyət planları, qanunvericilik təşəbbüsləri və siyasi qərarlar qəbul olunub:

“İqlim dəyişikliyi, yeni çağırışlar mütəmadi olaraq yeni addımlar atılmasını və ya mövcud tədbirləri yenidən nəzərdən keçirməyi tələb edir. Vətəndaş cəmiyyətini təmsil edən təşkilatlarla qarşılıqlı əlaqələr ölkədəki islahatların mühüm tərkib hissəsidir…”

Etikxeber.az

Read Previous

“Dərdin miqyasca daha nəhəngləri olur…” – RAFAEL HÜSEYNOV

Read Next

“Biz niyə beləyik?” – TELLİ PƏNAHQIZI YAS MƏRASİMLƏRİNDƏN YAZDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir