“Könüllülər Kuboku” təşkil ediləcək-BAKIDA

AFFA bu il “Könüllülər ili”nə həsr olunmuş futbol üzrə “Könüllülər Kuboku” təşkil edəcək.

AVRO-2020-nin Bakıda keçiriləcək 4 oyunu üçün seçilən 2020 könüllü arasında martın 7-dən start götürəcək futbol üzrə “Könüllülər Kuboku” AVRO-2020 çərçivəsində təşkil olunan maraqlı idman tədbirlərindən biri olacaq.

Etikxeber.az AFFA-nın saytına istinadla xəbər verir ki, “Könüllülər Kuboku”nun keçirilməsində məqsəd həm Bakının ev sahibliyi edəcəyi AVRO-2020 oyunlarında iştirak edəcək könüllülər arasında sağlam həyat tərzini təbliğ etmək, həm də çempionat barədə onları ətraflı məlumatlandırmaqdır.

AVRO-2020-də könüllü olmaq şansını qazanan hər kəs https://euro2020.affa.az/az/volunteers-cup/ keçidinə daxil olub, fərdi şəkildə qeydiyyatdan keçməlidir.

Qeydiyyat üçün son tarix martın 2-də başa çatır.

Qeyd edək ki, Bakıda könüllülərin qeydiyyat mərhələsinə 2019-cu ilin iyun ayından etibarən start verilib.

5 ay ərzində 6797 könüllü namizəd qeydiyyatdan keçib və müraciət sayına görə Bakı şəhəri Avropa çempionatına ev sahibliyi edəcək 12 şəhər arasında ən yüksək göstəriciyə sahibdir.

Etikxeber.az

Read Previous

Roma, Berlin və DTX…-SAHİB ALIYEV YAZDI

Read Next

“Növbəti addım məhkəmə olacaq” – LƏMAN ƏLƏŞRƏFQIZI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir