Kooperativ kənd təsərrüfatı bazarlarında digər məhsulların satışı qadağan ediləcək

Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında İnzibati Xətalar Məcəlləsinə yeni 459-1 (Kooperativ bazarlarda satış qaydalarının pozulması) maddəsinin əlavə edilməsi müzakirə olunub.
Etikxeber.az-ın xəbərinə görə, yeni maddəyə əsasən “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanuna uyğun olaraq təşkil edilmiş kooperativ bazarlarda Azərbaycanda fəaliyyət göstərən kənd təsərrüfatı kooperativlərinin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa digər məhsulların satışı, habelə kənd təsərrüfatı məhsulu istehsalçısı olmayan digər şəxslərin satış həyata keçirməsi halında fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 1000 manat cərimə olunacaqlar.
Layihə MM-in plenar iclasına tövsiyə edilib.

Etikxeber.az

Read Previous

Dəm qazı can almaqda davam edir: Bir gündə 4 ölü

Read Next

Lisenziyalarla bağlı yeni qaydalar sərtləşdirilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir