Koronavirus Azərbaycanda daha-İKİ CAN ALDI, ÖLƏNLƏRİN SAYI 7-YƏ ÇATDI

Azərbaycan Respublikasında kpronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib. 

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 

1931-ci il təvəllüdlü  Azərbaycan Respublikasının vətəndaşı  şəkərli diabet xəstəsi  olub,  1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib. 

Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Etikxeber.az

Read Previous

“Nə onda, nə də qonşu otaqlarda qalanlarda koronavirus aşkar edilib…”-DEPUTAT

Read Next

“Dərs vaxtı”nın aprelin 6-sı üçün nəzərdə tutulan-CƏDVƏLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir